Son dəqiqə
Şirvanda zəhərlənən şəxslərin vəziyyəti açıqlandıTaleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR"Sülh körpüsü" təşəbbüsü: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb - FOTOFransada hərbi təyyarə qəzaya uğrayıbVüsal Şilderin qətlini sifariş edən şəxs Azərbaycana GƏTİRİLDİ - FOTOBakıxanov qəsəbəsində YOL PROBLEMİ: "Qazdılar, əvvəlki halına qaytarmadılar" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Səhiyyə Nazirliyi "Böyük Qayıdış" çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi - FOTO
Səhiyyə Nazirliyi "Böyük Qayıdış" çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi - FOTO
Cəmiyyət

Səhiyyə Nazirliyi "Böyük Qayıdış" çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi - FOTO

Bu gün
16:26
0 baxış
Paylaş:

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləri davam etdirir.

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləri davam etdirir.

Gundem.today xəbər verir ki, bu məqsədlə növbəti aksiya 10 aprel tarixində Ağdərə rayonunda uğurla keçirilib.

Aksiyanı Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universiteti (ATU) Tədris Stomatoloji Klinikasının həkim briqadası həyata keçirib. Həkimlər həm yerli əhalini, həm də "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağın bərpasında fəaliyyət göstərən mütəxəssisləri müayinə edərək onlara konsultativ tibbi xidmət göstəriblər.

Aksiya çərçivəsində ilk dəfə olaraq tibdə inqilabi yenilik sayılan "BPR Swiss"in SMART-PORT portativ stomatoloji qurğusu tətbiq olunub. Bu müasir qurğu məktəblərdə, qocalar evlərində və səyyar müayinələrdə yüksəkkeyfiyyətli stomatoloji xidmət göstərməklə, vətəndaşların klinikaya getmək ehtiyacını azaldır və müalicəyə çıxışı daha da asanlaşdırır. SMART-PORT-un fasiləsiz işləmə xüsusiyyəti, tez quraşdırılması və çoxfunksiyalı alətləri (mikromotor, skaler, üçfunksiyalı şpris) müalicə imkanlarını genişləndirir.

Ağdərə sakinləri səyyar şəraitdə bu portativ qurğu vasitəsilə tam stomatoloji xidmət alıblar. Tam avtonom iş rejimi və fasiləsiz işləmə imkanı sayəsində müalicələr daha sürətli və rahat aparılıb, vətəndaşların vaxtına qənaət olunub.

Aksiyanın əsas məqsədi sakinlərin ağız boşluğunun vəziyyətinin qiymətləndirilməsi, müxtəlif stomatoloji patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və vətəndaşlara geniş konsultativ tibbi xidmətlərin göstərilməsi olub.

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərliyi altında stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqu daxil olmaqla klinikanın geniş həkim briqadası əhalinin ətraflı müayinəsini həyata keçirib. Ümumilikdə, aksiyada 140-a yaxın vətəndaş tibbi müayinədən keçib, müvafiq müalicə prosedurları aparılıb, erkən diaqnostika və profilaktik konsultasiyalar təmin edilib.

Bu təşəbbüs "Böyük Qayıdış" proqramının regionlarda həyat keyfiyyətinin artırılması, sağlamlıq xidmətlərinə çıxışın genişləndirilməsi və yerli əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Səhiyyə_Nazirliyi#Böyük_Qayıdış#Ağdərə_rayonu#tibbi_müayinə#stomatoloji_xidmət#Azərbaycan_Tibb_Universiteti#portativ_stomatoloji_qurğu#Qarabağın_bərpası#həkim_briqadası#səyyar_klinika

Oxşar Xəbərlər

Şirvanda zəhərlənən şəxslərin vəziyyəti açıqlandıCəmiyyət

Şirvanda zəhərlənən şəxslərin vəziyyəti açıqlandı

Şirvan şəhərində fəaliyyət göstərən "Pizza Time" restoranında zəhərləndikləri deyilən şəxslərin son durumu açıqlanıb.

Bu gün
16:400
Bakıxanov qəsəbəsində YOL PROBLEMİ: "Qazdılar, əvvəlki halına qaytarmadılar" - VİDEOCəmiyyət

Bakıxanov qəsəbəsində YOL PROBLEMİ: "Qazdılar, əvvəlki halına qaytarmadılar" - VİDEO

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsinin sakinləri yolun baxımsız qalmasından şikayətçidirlər.

Bu gün
16:320
Zığ qəsəbəsində kanalizasiya problemi: Boruları heyvan qalıqları tutub - VİDEOCəmiyyət

Zığ qəsəbəsində kanalizasiya problemi: Boruları heyvan qalıqları tutub - VİDEO

Bakı Suraxanı rayonu, Zığ qəsəbəsində kanalizasiya problemi yaşanır.

Bu gün
16:160
İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏCəmiyyət

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.

Bu gün
15:520