
Bakıxanov qəsəbəsində YOL PROBLEMİ: "Qazdılar, əvvəlki halına qaytarmadılar" - VİDEO
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsinin sakinləri yolun baxımsız qalmasından şikayətçidirlər.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsinin sakinləri yolun baxımsız qalmasından şikayətçidirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, ərazi bir müddət əvvəl su və kanalizasiya sisteminin bərpası üçün qazılıb, lakin işlər başa çatdıqdan sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb.
Hazırda yolun bir hissəsi tamamilə yararsız vəziyyətdədir. Bu da həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır.
"İki ilə yaxındır bu vəziyyətdədir, baxan yoxdur. Əziyyət çəkirik, yağışlı günlərdə buradan keçmək mümkün olmur", - deyə sürücülərdən biri qeyd edib.
Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda asfalt qatının bərpası üçün müvafiq quruma sifariş verilib. Yaxın günlərdə ərazidə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətŞirvanda zəhərlənən şəxslərin vəziyyəti açıqlandı
Şirvan şəhərində fəaliyyət göstərən "Pizza Time" restoranında zəhərləndikləri deyilən şəxslərin son durumu açıqlanıb.
CəmiyyətSəhiyyə Nazirliyi "Böyük Qayıdış" çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi - FOTO
Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləri davam etdirir.
CəmiyyətZığ qəsəbəsində kanalizasiya problemi: Boruları heyvan qalıqları tutub - VİDEO
Bakı Suraxanı rayonu, Zığ qəsəbəsində kanalizasiya problemi yaşanır.
Cəmiyyətİş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ
Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.