
SEPAH Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarını vurub
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubay ərazisində Ukraynaya aid antidron sistemləri anbarını darmadağın edib".
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubay ərazisində Ukraynaya aid antidron sistemləri anbarını darmadağın edib".
Gundem.today TASS-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari bildirib.
İranın dövlət televiziyasının ona istinadən yaydığı məlumatda qeyd edilir ki, Dubayda ABŞ hərbçiləri və komandanlığının sığınacaqlarına zərbələrin endirilməsi və böyük itkilərə səbəb olması ilə bərabər, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz və aerokosmik qüvvələri tərəfindən müştərək əməliyyat həyata keçirilib. Nəticədə ABŞ ordusuna dəstək məqsədilə Dubayda qurulan, daxilində 21 ukraynalının yerləşdiyi Ukraynaya məxsus drondan müdafiə sistemləri anbarı məhv edilib.
Anbardakı Ukrayna vətəndaşlarının sonrakı aqibəti barədə hələlik heç bir məlumat yoxdur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHakan Fidan Pakistana səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan regional inkişafları müzakirə etmək məqsədilə Pakistana səfər edəcək.
DünyaBƏƏ-də İranın zərbələri nəticəsində ölənlərin sayı artıb - FOTO
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) İranın zərbələri nəticəsində ölənlərin sayı 178-ə çatıb.
DünyaMahaçqalada güclü yağışın dəhşətli fəsadları: Küçədə qadını su apardı - VİDEO
Rusiyanın Mahaçqala şəhərində güclü yağışlardan sonra baş verən sel faciəyə səbəb olub.
DünyaTUSAŞ-ın baş direktoru: "HÜRKUŞ"un Azərbaycana ixracı üçün danışıqların son mərhələsindəyik" - ÖZƏL
"Türkiyə və Azərbaycan sadəcə məhsul tədarük edən və satın alan iki ölkə deyil, birlikdə təkmilləşdirmə aparan, istehsal edən, regional təhlükəsizliyə birlikdə istiqamət verən strateji tərəfdaşlardır".