
SEPAH "Intel" və "Microsoft"un regional obyektlərini vurmaqla hədələdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin texnologiya şirkətlərinin regiondakı obyektlərini hədəf ala biləcəyi ilə bağlı xəbərdarlıq edib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin texnologiya şirkətlərinin regiondakı obyektlərini hədəf ala biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Gundem.today xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının davam edəcəyi halda, "Intel", "Cisco", "Microsoft" da daxil olmaqla bir sıra şirkətlərin obyektlərinə zərbələr endirilə bilər.
"Terror aktları üçün hədəflərin hazırlanması və izlənməsində əsas rol ABŞ-nin IT və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərinə məxsusdur. Bu terror əməliyyatına cavab olaraq, bundan sonra bu fəaliyyətlərdə iştirak edən əsas qurumlar bizim qanuni hədəflərimiz hesab olunacaq", - deyə bəyanatda qeyd edilib.
SEPAH ümumilikdə 18 şirkətin adını açıqlayıb. Siyahıya "Cisco", HP, "Intel", "Oracle", "Microsoft", "Apple", "Google", "Meta", IBM, "Nvidia", "JPMorgan", "Tesla", GE və "Boeing" kimi şirkətlər daxildir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAzərbaycanın UNESCO-dakı fəaliyyəti müzakirə olunub
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev UNESCO-nun yeni təyin olunmuş baş direktor müavini Asa Reqnerlə görüşüb.
DünyaHörmüz böhranı dünyanı vurdu: Uçuşlar ləğv edilir, biletlər bahalaşır
Yaxın Şərqdəki gərginlik nəticəsində təyyarə yanacağının qiyməti kəskin şəkildə bahalaşıb. Bu səbəbdən qlobal miqyasda reyslərin kütləvi ləğvi müşahidə olunur.
DünyaRusiyanın İrandakı səfiri Azərbaycana təşəkkür etdi
Rusiyanın İrandakı səfiri Aleksey Dedov ölkəsinin İrandan çıxmaq istəyən bütün vətəndaşlarının artıq bölgəni tərk etdiklərini bildirib.
DünyaABŞ NATO-dan narazıdır: "Vaşinqton artıq öz müttəfiqlərinin mövqelərini daha açıq şəkildə anlayır"
"ABŞ-nin NATO ilə əlaqədar gələcək addımlarına dair yekun qərarı Prezident Donald Tramp qəbul edəcək, lakin rəsmi Vaşinqton artıq öz müttəfiqlərinin mövqeyini daha açıq şəkildə anlayır".