SEPAH regionda sənaye müəssisələrinə zərbələr barədə xəbərdarlıq etdi
Dünya

SEPAH regionda sənaye müəssisələrinə zərbələr barədə xəbərdarlıq etdi

İndi
21:36
1 baxış
Paylaş:

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraillə əlaqəli sənaye müəssisələrinə zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraillə əlaqəli sənaye müəssisələrinə zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.

Gundem.today xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İran müəssisələrinə hücumlara cavab olaraq Yaxın Şərqdə ABŞ və İsrailin müttəfiqi olan ölkələrdə ağır sənaye obyektləri hədəfə alına bilər.

"İran müəssisələrinə hücumlardan çəkinmək barədə xəbərdarlıqlara baxmayaraq, ABŞ və İsrail bu gün bir neçə sənaye mərkəzinə zərbələr endirib", - deyə IRNA agentliyinin yaydığı açıqlamada qeyd olunub.

Açıqlamada regionda ABŞ kapitalı olan və İsraillə əlaqəli müəssisələrdə çalışan əməkdaşlara dərhal iş yerlərini tərk etmək çağırışı edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#İslam_İnqilabı_Keşikçiləri_Korpusu_(SEPAH)#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İsrail

Oxşar Xəbərlər