
Trampın Sülh Şurası Qəzza ilə bağlı plan təqdim edib
ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurasının Qəzza zolağı ilə bağlı planı HƏMAS-ın tunel şəbəkəsinin məhv edilməsini nəzərdə tutur.
ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurasının Qəzza zolağı ilə bağlı planı HƏMAS-ın tunel şəbəkəsinin məhv edilməsini nəzərdə tutur.
Gundem.today "Reuters"ə istinadən xəbər verir ki, planın mətni danışıqlarda iştirak edən iki fələstinli məmur tərəfindən təqdim olunub.
Məlumata görə, plan çərçivəsində HƏMAS səkkiz ay ərzində mərhələli şəkildə silahları təhvil verməli və bununla paralel olaraq tunel şəbəkəsinin məhv edilməsinə icazə verməlidir.
Sənəd iki hissədən ibarətdir: 12 maddəlik əsas plan və silahların təhvil verilməsi üzrə beşmərhələli cədvəl. Planın sonunda Qəzza zolağında silah qalmadığı təsdiqləndikdən sonra İsrail qoşunlarının tam çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, Sülh Şurası yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 20 ölkənin iştirakı ilə yaradılıb. Tramp bu quruma rəhbərlik edəcəyini və gələcəkdə onun BMT-ni əvəz edə biləcəyini istisna etməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üzrə işçi qrup yaradılıb
BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün xüsusi işçi qrup yaradıb.
DünyaHavay adalarında turist helikopteri qəzaya uğrayıb: Ölənlər var - VİDEO
ABŞ-nin Havay adalarında turist helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
DünyaSEPAH regionda sənaye müəssisələrinə zərbələr barədə xəbərdarlıq etdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraillə əlaqəli sənaye müəssisələrinə zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.
DünyaKİV: İranda münaqişənin həllində əsas fiqur ola biləcək siyasətçi açıqlanıb
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İranla danışıqlarda əsas fiqur ola bilər.