Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər
Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

İndi
09:39
2 baxış
Paylaş:

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Gundem.today xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

"Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər", - ADY qeyd edir.

ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərbaycan_Dəmir_Yolları#ADY#qatarların_hərəkəti#hava_şəraiti#qatarların_qrafiki#sürət_həddi#sərnişinlər#dəmiryolu_təhlükəsizliyi#dəmiryol_keçidləri

Oxşar Xəbərlər