
Bakıda torpaq çökdü: Evlər üçün təhlükə yarandı - VİDEO
Bakı şəhərinin Xətai rayonunda təhlükəli vəziyyət yaranıb.
Bakı şəhərinin Xətai rayonunda təhlükəli vəziyyət yaranıb.
Gundem.today-ın əldə etdiyi məlumata görə, Şahin Səmədov küçəsində yağan intensiv yağışlardan sonra həyətin bir hissəsində torpaq çökməsi baş verib.
A post shared by Gundem.today (@oxuaz)
Nəticədə yaşayış evlərinin yaxınlığında iri çuxur əmələ gəlib.
Sakinlərin sözlərinə görə, ərazi hər an daha da çökə bilər və bu, evlər üçün ciddi təhlükə yaradır. Onlar bildirirlər ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat versələr də, hələlik problemə müdaxilə olunmayıb.
Hazırda ərazidə risk davam edir və sakinlər mümkün faciənin qarşısının alınması üçün təcili tədbir görülməsini tələb edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSabunçudan ŞİKAYƏT: "Üç ay əvvəl təzə kanalizasiya xətti çəkirdilər, işi yarımçıq qoydular" - VİDEO
Martın 27-si səhər saatlarından yağan intensiv yağışlar səbəbi ilə paytaxtın bir sıra küçə və prospektlərində yollar keçilməz vəziyyətə düşüb.
CəmiyyətYağışlı hava ilə əlaqədar polislər küçə və prospektlərdə xidmətə cəlb olunublar - FOTO - VİDEO
Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
CəmiyyətGüclü yağışlarla əlaqədar ADSEA hansı işlər görür? - FOTO - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
CəmiyyətAzərbaycanda güclü yağışlar sürüşmə zonalarını aktivləşdirib? - RƏSMİ AÇIQLAMA
Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar fonunda sürüşmə riski ilə bağlı vəziyyət açıqlanıb.