
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.
Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.
Gundem.today Xəzər TV-yə istinadla xəbər verir ki, son dövrlərdə skuter kimi kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin sayında kəskin artım müşahidə olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, bu nəqliyyat vasitələri səssiz və sürətli hərəkət etdiyi üçün piyadalar üçün ciddi təhlükə yaradır. Nəqliyyat eksperti Yasin Mustafayev isə qeyd edib ki, skuterlərə marağın artması sevindirici hal olsa da, qayda pozuntularının çoxalması qəza riskini kəskin yüksəldir.
Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektik nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla, eyni zamanda, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etməsi qadağandır. Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətVüqar Əbdülov Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən danışdı - VİDEO
"Məni qəbul etməyən qurdlar var idi".
CəmiyyətVarikoz müalicə olunmazsa, nə baş verər? - VİDEO
Baku TV-nin efirində "Baku Med" verilişinin budəfəki buraxılışında varikoz xəstəliyi barədə müzakirə aparılıb.
CəmiyyətDövlət agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
CəmiyyətGəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina etdi
Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.