
SOCAR-ın Geofizika və Geologiya İdarəsinə yeni innovativ avadanlıqlar alınıb - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentlərinin və rəhbər heyətinin iştirakı ilə Geofizika və Geologiya İdarəsinin maddi-texniki bazasına yeni daxil edilmiş innovativ avadanlıqların təqdimatı keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentlərinin və rəhbər heyətinin iştirakı ilə Geofizika və Geologiya İdarəsinin maddi-texniki bazasına yeni daxil edilmiş innovativ avadanlıqların təqdimatı keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, tədbir çərçivəsində quruda seysmik kəşfiyyat işlərinin keyfiyyətini və operativliyini fundamental şəkildə artıracaq nod sistemləri, yüksək təzyiqli lay şəraitində təhlükəsiz əməliyyatları təmin edən yüksək quyuağzı təzyiqə nəzarət (lubrikator) qurğuları, quyu trayektoriyasının real vaxtda izlənməsi və dəqiq idarə olunmasına imkan verən avadanlıqlar təqdim olunub.
Bu texnoloji yeniliklər SOCAR-ın karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatın optimallaşdırılması istiqamətində atdığı mühüm addımlardan biridir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatNİİM videodivarları yeniləyır: Dörd milyondan çox pul xərcləməyi düşünür
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində NİİM-in "Barco" videodivar sistemləri və proqram təminatı yenilənir. Paytaxt nəqliyyatının intellektual idarəetməsi üçün həyata keçirilən bu layihəyə 4.2 milyon manat xərclənəcək. Təfərrüatlar xəbərdə.
İqtisadiyyatTDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEO
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təşkilata üzv ölkələrlə ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır.
İqtisadiyyatAbdulkadir Uraloğlu: "Zəngəzur dəhlizi daşımalarda vaxta xeyli qənaət edəcək"
"Çindən gələn yüklər Xəzər dənizi vasitəsilə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya daşınır, Zəngəzur dəhlizi isə bu marşruta alternativ olacaq".
İqtisadiyyatİsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb
İsveçin "Agenda Nexus" analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.