
Süni intellekt dünyasında ŞOK: "ChatGPT"nin taleyi apreldə həll olunacaq
"ChatGPT" platformasının yaradıcısı olan "OpenAI" şirkətində hazırda ciddi qeyri-sabitlik hökm sürür.
"ChatGPT" platformasının yaradıcısı olan "OpenAI" şirkətində hazırda ciddi qeyri-sabitlik hökm sürür.
Gundem.today xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.
Son aylar ərzində şirkətdə baş verən kadr islahatları, strateji layihələrin təxirə salınması və daxili narahatlıqlar təşkilatın dayanıqlılığına dair ciddi şübhələr yaradıb.
Fevralın sonlarında "OpenAI" Pentaqonla irimiqyaslı müqavilə imzalayıb. Maraqlıdır ki, şirkətin əsas rəqibi olan "Anthropic" analoji təklifdən imtina edib. Bu imtinanın əsas səbəbi süni intellekt modellərinin kütləvi izləmə sistemlərində və ya insan iştirakı olmadan hədəfi məhv edə bilən tam avtonom silahlarda tətbiq olunma riskidir.
Ötən ay "OpenAI" rəhbərliyi "ChatGPT" ilə inteqrasiyası gözlənilən "Sora" video generasiya proqramının dəstəklənməsini qəfil dayandırıb. Bundan başqa, "Disney" ilə əməkdaşlıq o qədər qəfil sonlandırılıb ki, tərəflər layihənin ləğvini öyrənənə qədər cəmi 30 dəqiqə birgə işləyiblər. Həmçinin daxili fikir ayrılıqları səbəbindən "ChatGPT" üçün nəzərdə tutulmuş "Yetkinlər Rejimi"nin təqdimatı da qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Şirkətin yuxarı rəhbərliyində də ciddi yerdəyişmələr baş verib:
- Fici Simo (Applications üzrə baş direktor): Səhhəti ilə əlaqədar vəzifəsindən müvəqqəti ayrılıb.
- Qreq Brokman (Prezident): Məhsulların inkişafı üzrə rəhbərliyi öz üzərinə götürüb.
- Keyt Rauç (Baş marketinq direktoru): İşdən çıxıb.
- Bred Laytkep (Baş əməliyyat direktoru): Xüsusi layihələr üzrə yeni posta təyin edilib.
"OpenAI" bu ayın sonunda milyarder İlon Maskın qaldırdığı iddia əsasında məhkəmə qarşısına çıxacaq. Mask şirkət rəhbərliyini onu manipulyasiya etməkdə və təşkilatın qeyri-kommersiya statusunu qorumaq vədi ilə ondan 38 milyon dollar ianə qoparmaqda günahlandırır.
Aprel ayında baş tutacaq məhkəmə dinləmələrində Maskın vəkilləri Sem Altmanın həm qeyri-kommersiya idarə heyətindən, həm də kommersiya bölməsindəki vəzifəsindən uzaqlaşdırılmasını tələb edəcəklər. Mask "OpenAI"ın yenidən tam qeyri-kommersiya fəaliyyət modelinə qayıtmasında israrlıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində 89 yaşlı qadın 27-ci mərtəbədən divarla enərək xilas olub
Çində 89 yaşlı qadın kilidli qaldığı yataq otağından çıxmaq üçün binanın xarici divarı ilə 27-ci mərtəbədən 21-ci mərtəbəyə enib.
DünyaGündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ
Məşhur rusiyalı somnoloq, tibb elmləri namizədi Aleksandr Kazaçenko vaxtından əvvəl ölüm riskini artıran amillər barədə xəbərdarlıq edib.
DünyaDünyanın ən hündür yaşayış olmayan binası: 18 il sonra tikintisi başa çatır - FOTO
Çində tikintisi 18 ildir davam edən və 596 metr hündürlüyü ilə dünyanın ən hündür binalarından biri olacağı gözlənilən "Goldin Finance 117" göydələnində işlər başa çatmaq üzrədir.
DünyaMelaniya Tramp Konqresə "Epşteyn işi" ilə bağlı çağırış edib
ABŞ-nin birinci xanımı Melaniya Tramp Konqresi "Epşteyn işi" ilə bağlı bütün detalları üzə çıxarmaq üçün tədbirlər görməyə çağırıb.