
Melaniya Tramp Konqresə "Epşteyn işi" ilə bağlı çağırış edib
ABŞ-nin birinci xanımı Melaniya Tramp Konqresi "Epşteyn işi" ilə bağlı bütün detalları üzə çıxarmaq üçün tədbirlər görməyə çağırıb.
ABŞ-nin birinci xanımı Melaniya Tramp Konqresi "Epşteyn işi" ilə bağlı bütün detalları üzə çıxarmaq üçün tədbirlər görməyə çağırıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə çıxışı zamanı bildirib.
"İndi Konqresin hərəkətə keçməsinin vaxtıdır. Epşteyn tək fəaliyyət göstərməyib. Bu iş geniş siyasi rezonans doğurduqdan sonra bir sıra tanınmış şəxslər vəzifələrini tərk ediblər. Bu, onların günahkar olduğu anlamına gəlmir, lakin biz həqiqəti üzə çıxarmaq üçün çalışmalıyıq", - deyə o vurğulayıb.
Melaniya Tramp Konqresi Epşteynin əməllərindən zərər çəkmiş qadınlara həsr olunmuş ictimai dinləmələr keçirməyə çağırıb. Onun sözlərinə görə, bu qadınlara Konqres qarşısında and altında ifadə vermək imkanı yaradılmalıdır.
"Bu qadınların hamısı istəsələr, baş verənləri açıq şəkildə danışmaq imkanı əldə etməlidirlər və onların çıxışları rəsmi protokola daxil edilməlidir. Yalnız bu halda biz həqiqəti öyrənə bilərik", - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi yanvarın 30-da "Epşteyn işi" üzrə 3 milyondan çox sənəd, 2 mindən artıq video və 180 min fotoşəkli yayıb. Materiallarda müxtəlif ölkələrdən kral ailələrinin üzvləri, dövlət xadimləri, biznesmenlər, diplomatlar və alimlərin adları yer alır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü
ABŞ-də dünyanın ən qoca göyərçini hesab edilən "Şuqar" 44 yaşında həyatını itirib.
Dünyaİranın Hörmüz boğazından keçidə görə ödəniş tələb etməsinə ABŞ-dən SƏRT REAKSİYA
ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb.
Dünya"YouTube"da yeni funksiya
"Google" istifadəçilərə "YouTube Shorts" üçün süni intellekt əsaslı rəqəmsal avatarlar yaratmağa imkan verən yeni funksiya təqdim edib.
Dünya"Pasxa atəşkəsi": Kiyev Moskvaya qarşılıq verdi
Prezident Volodimir Zelenski Rusiyanın elan etdiyi "Pasxa atəşkəsi"nə cavab olaraq Ukraynanın analoji addım atmağa hazır olduğunu bildirib.