
Süni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEO
Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Yolun hər iki tərəfində sistemsiz parklanma ictimai nəqliyyatın hərəkətini iflic edib.
Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Yolun hər iki tərəfində sistemsiz parklanma ictimai nəqliyyatın hərəkətini iflic edib.
Gundem.today "Xəzər" TV-yə istinadən xəbər verir ki, 85 nömrəli marşrut xətti üzrə hərəkət edən sürücülərin sözlərinə görə, yolun sol tərəfində qanuni parklanma yeri olmasına baxmayaraq, sürücülər maşınlarını yolun hər iki tərəfində saxlayırlar. Bu isə yolun daralmasına və günün istənilən saatında süni sıxlığın yaranmasına səbəb olur.
Müşahidələr göstərir ki, yolun sağ tərəfində dayanma və durmanı qadağan edən nişanın olmaması sürücülərin bu ərazini "parklanma yeri" kimi istifadə etməsinə şərait yaradır. İctimai nəqliyyat vasitələri isə daralmış yolda hərəkət etməkdə çətinlik çəkir, nəticədə sərnişinlər vaxt itkisi ilə üzləşirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan verilən məlumata görə, yolun sağ tərəfində aidiyyəti qurumlarla razılaşdırılmaqla, dayanma və durmanı qadağan edən nişanların quraşdırılması məsələsinə baxılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Kompüter elmləri" ixtisasını hədəfləyən Emiliya repetitor yanına getmədən uğur qazandı - VİDEO
Repetitor köməyi olmadan yüksək nəticə əldə edən şagirdlərin sayı artmaqdadır. Budəfəki uğur hekayəsinin qəhrəmanı 11-ci sinif şagirdi Emiliya Qayıbovadır. O, buraxılış imtahanında göstərdiyi yüksək nəticə ilə təhsil aldığı məktəbin fəxrinə çevrilib.
CəmiyyətMilli Qəhrəman Albert Aqarunovun doğum günüdür
Aprelin 25-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.
Cəmiyyətİmtahanda yüksək bal toplayan bacılar: Biri memar, digəri hüquqşünas olmaq istəyir - VİDEO
Bir ailənin iki övladı, əkiz bacılar Burlaxatun və Banuçiçək buraxılış imtahanlarında göstərdikləri uğurlu nəticələrlə valideynlərini sevindiriblər.
CəmiyyətAzərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO
Son illər azyaşlılar tərəfindən törədilən hüquq pozuntuları narahatlıq doğuran mövzulardan birinə çevrilib.