Son dəqiqə
Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEOPutin və Tramp arasında telefon danışığı olubSEPAH: "BƏƏ İran vətəndaşlarının əmlaklarını müsadirə etməyə başlayıb"Zimbabvenin keçmiş prezidentinin oğlu oyuncaq tapançaya görə CAR-dan deportasiya edildiİrandan ABŞ-yə sərt xəbərdarlıq: Misli görünməmiş cavab olacaq"Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq - VİDEO
"Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq - VİDEO
Cəmiyyət

"Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq - VİDEO

Bu gün
21:00
0 baxış
Paylaş:

Sosial platformalarda onlayn alış-verişlə məşğul olan bir çox səhifələrin vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı şikayətlərin sayı artıb.

Sosial platformalarda onlayn alış-verişlə məşğul olan bir çox səhifələrin vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı şikayətlərin sayı artıb.

Baku TV-nin qaynar xəttinə müraciət edən Hikmət Qaraşov "Baby Brand" adlı səhifə tərəfindən aldadıldığını iddia edir. Şikayətçi bildirib ki, həmin səhifədən 250 manata uşaq arabası sifariş verib, lakin ödənişi edib qəbzi qarşı tərəfə göndərdikdən sonra bloklanıb.

H.Qaraşovun sözlərinə görə, sözügedən səhifə "TikTok"da aylardır aktiv fəaliyyət göstərir. O, həmin səhifənin fırıldaqçı olduğunu ifşa edən digər paylaşımların şərhlərində yüzlərlə bənzər şikayətə rast gəldiyini qeyd edib. Şikayətçi hətta altıaylıq əlil övladı olan bir ananın da eyni üsulla aldadılaraq maddi zərərə uğradığını vurğulayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, edilən müraciətlər polis əməkdaşları tərəfindən araşdırılır və qanunauyğun tədbirlərin görülməsi təmin edilir:

"Belə saxta səhifələr ilk baxışda məşhur brendlərin adından istifadə edilməsinə və satılan məhsulların real dəyərindən qat-qat aşağı qiymətinin olmasına görə diqqəti cəlb edə bilər. Buna görə də sosial şəbəkələr və elan saytları üzərindən alqı-satqı edən vətəndaşlar ehtiyatlı olmalıdırlar. Zərərə məruz qalmamaq üçün vətəndaşlarımıza internet resurslarındakı əmin olmadıqları elanlara və şübhəli linklərə daxil olmamağı, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn qaydada ödəniş etməməyi, bank kartı və şəxsi məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#onlayn_ödəniş#Dələduzluq_cinayəti#TikTok#Sosial_şəbəkələr#Daxili_İşlər_Nazirliyi_(DİN)#Fırıldaqçılıq

Oxşar Xəbərlər

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEOCəmiyyət

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.

Bu gün
21:480
Bakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaqCəmiyyət

Bakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq

Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.

Bu gün
20:240
Paytaxtda yeni xəstəxana tikiləcəkCəmiyyət

Paytaxtda yeni xəstəxana tikiləcək

Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.

Bu gün
20:240
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edibCəmiyyət

Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib

Azərbaycanda baş müəllim vəfat edib.

Bu gün
19:480