
Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR - FOTO
"WUF13 tədbirində nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədilə yaradılan zolaqlardan yalnız tədbirdə iştirak edən şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri istifadə edə biləcək".
"WUF13 tədbirində nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədilə yaradılan zolaqlardan yalnız tədbirdə iştirak edən şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri istifadə edə biləcək".
Bunu Gundem.today-ın sualına cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib.
O bildirib ki, bu zolaqlarda tədbir zamanı hərəkət 24 saat fasiləsiz təmin olunacağı üçün digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi qadağandır:
"Avtobus zolaqlarında olduğu kimi müəyyən vaxt çərçivəsində digər nəqliyyat vasitələrinin nəzərdə tutulan zolaqdan istifadəsinə icazə verilməyəcək".
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev isə əlavə edib ki, tədbir üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin istifadəsinə veriləcək zolaqlara digər nəqliyyat vasitələri girər və istifadə edərlərsə, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar:
"Müəyyən edilmiş vaxt çərçivəsindən kənar vaxtda avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrini idarə edən sürücülərə tətbiq olunan inzibati məsuliyyət WUF13 üçün yaradılacaq zolaqlardan istifadə edəcək sürücülərə də şamil olunacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycana yüksəkdozalı C vitamini preparatının idxalı dayandırılır? - RƏSMİ CAVAB
Azərbaycanda geniş istifadə olunan yüksəkdozalı C vitamini preparatlarından biri olan "Pascorbin 7.5 g/50 ml" ilə bağlı yaxın aylarda mühüm dəyişiklik olacağı ilə bağlı ötən gün məlumatlar yayılıb.
CəmiyyətNaxçıvanda yeni direktor təyinatları olub
Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.
CəmiyyətBakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI
Qarabağ Regional Təhsil İdarəsinin (QRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 15 alternativ qeydiyyat mərkəzi yaradılıb.
CəmiyyətBakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI - FOTO
Qarabağ Regional Təhsil İdarəsinin (QRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 15 alternativ qeydiyyat mərkəzi yaradılıb.