Son dəqiqə
Evliliyi xilas etməkdən yazan pastor çoxarvadlılığa görə həbs edildiSəhərlər beyin fəaliyyətini necə artırmaq olar?İllər sürən həsrətin sonu: Xocavənd, Qırmızı Bazar və Xanoba bu gün əzəli sahiblərini qarşılayır - VİDEO"Həyat yoldaşıma bu günü görmək nəsib olmadı" - Xanobaya köçən sakinin duyğulu anlarıTürkiyədə ağlagəlməz hadisə: Gənə dişləməsi 21 yaşlı gəncin ölümünə səbəb olduSürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Sürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər
Sürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər
Maraqlı

Sürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər

Bu gün
06:24
0 baxış
Paylaş:

Son vaxtlar avtomobil sahibləri əyləc balatalarının (əyləc qəliblərinin) sürətlə yeyilməsindən daha çox şikayət edirlər. Belə ki, əvvəllər bir dəst əyləc balatası 40 000-50 000 kilometr məsafə üçün kifayət edirdisə, hazırda bu göstərici 30 000 kilometrə qədər enib.

Son vaxtlar avtomobil sahibləri əyləc balatalarının (əyləc qəliblərinin) sürətlə yeyilməsindən daha çox şikayət edirlər. Belə ki, əvvəllər bir dəst əyləc balatası 40 000-50 000 kilometr məsafə üçün kifayət edirdisə, hazırda bu göstərici 30 000 kilometrə qədər enib.

Gundem.today xəbər verir ki, məsələ ilə bağlı "Rossiyskaya qazeta"ya açıqlama verən avtomobil eksperti Nikita Rodionov problemin kökünü izah edib.

Mütəxəssisin sözlərinə görə, əyləc balatalarının tez yeyilməsinin başlıca səbəbi çox vaxt detalın keyfiyyəti deyil, məhz avtomobilin istismar şərtləridir: "Bu problem tıxaclı şəhər yollarında hərəkət, ani sürətlənmə və sərt tormozlama, eləcə də fasiləli hərəkət rejimi kimi faktorların birləşməsindən qaynaqlanır".

Ekspert qeyd edib ki, davamlı olaraq sərt tormoz vermək balataların həddən artıq isinməsinə, onların səthində mikroçatların və yanıq izlərinin yaranmasına gətirib çıxarır. Bu da materialın normaldan daha tez sıradan çıxması ilə nəticələnir. Xüsusilə dağlıq ərazilərdə və mühərriklə tormozlama tətbiq etmədən uzun enişlərdə hərəkət edərkən əyləc sisteminə düşən yük kəskin şəkildə artır, nəticədə həm disklərin, həm də balataların istismar müddəti təxminən iki dəfə azalır.

Bundan əlavə, düzgün ehtiyat hissəsinin seçimi də böyük əhəmiyyət kəsb edir. Müasir avtomobil bazarı keyfiyyətsiz, sertifikatı olmayan detallar və tanınmış markaların saxta nüsxələri ilə zəngindir. Ekspert onu da əlavə edib ki, bir çox sürücünün önəmsəmədiyi kaliperlərin və istiqamətləndirici elementlərin texniki sazlığı da əyləc sisteminin ömrünə ciddi təsir göstərən əsas amillərdəndir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#Avtomobil_istehsalı

Oxşar Xəbərlər

Uzunömürlü insanların övladlarında ürək-damar xəstəlikləri riski niyə azdır? - Elmi araşdırmaMaraqlı

Uzunömürlü insanların övladlarında ürək-damar xəstəlikləri riski niyə azdır? - Elmi araşdırma

ABŞ-li alimlər müəyyən ediblər ki, uzunömürlü insanların övladları daha sağlam qidalanma rejiminə meyllidirlər və bu vərdiş yaşla bağlı bir sıra xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır.

Bu gün
03:320
Demensiyadan qoruyan ideal yuxu müddəti məlum olduMaraqlı

Demensiyadan qoruyan ideal yuxu müddəti məlum oldu

Gündəlik 7-8 saatlıq yuxu demensiyanın (ağıl zəifliyi) inkişaf riskinin ən aşağı səviyyədə olması ilə birbaşa bağlıdır. Həm yuxu çatışmazlığı, həm də normadan artıq yuxu isə xəstəlik ehtimalını artırır.

Bu gün
08:020
Bir milyon dollara cəmi 16 kvadratmetrlik ev: Dünyanın ən bahalı şəhəri açıqlandıMaraqlı

Bir milyon dollara cəmi 16 kvadratmetrlik ev: Dünyanın ən bahalı şəhəri açıqlandı

"Knight Frank Wealth Report"un yeni hesabatına görə, artıq 1 milyon dollar lüks daşınmaz əmlak bazarında əvvəlki dəyərinə malik deyil.

Bu gün
07:310
London alimlərindən böyük yenilik: Yundan xüsusi material hazırlandıMaraqlı

London alimlərindən böyük yenilik: Yundan xüsusi material hazırlandı

London Kral Kollecinin (KCL) tədqiqatçıları təbii zülal olan keratin əsasında yundan xüsusi material hazırlayıblar. Bu material strukturuna görə təbii sümüyə çox yaxın olan yeni sümük toxumasının formalaşmasına kömək edir.

Bu gün
07:020