
Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
Bu gün tanınmış bəstəkar, ixtisasca hüquqşünas olan Ələkbər Tağıyevin doğum günüdür.
Bu gün tanınmış bəstəkar, ixtisasca hüquqşünas olan Ələkbər Tağıyevin doğum günüdür.
Gundem.today xatırladır ki, 28 aprel 1924-cü ildə Gəncədə kasıb əkinçi ailəsində anadan olan Ə.Tağıyev ilk təhsilini burada alıb və 1938-ci ildə Şəhər Xalq Məhkəməsində kuryer kimi əmək fəaliyyətinə başlayıb.
Daha sonra o, Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib, 1974-cü ilə qədər - təxminən 36 ilə yaxın müddətdə prokurorluq orqanlarında çalışıb. Bu sahədə işlədiyi müddət ərzində SSRİ və respublika prokurorluq orqanlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunub.
1950-ci ildə ailə həyatı qurub və Gəncədə yaşayıb.
Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən - oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan "Qonşu qız" mahnısını da Gəncədə yaşadığı illərdə ərsəyə gətirib. Həmin vaxtlar Ə.Tağıyev tərtib etdiyi mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi.
"Qonşu qız" mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim" kimi mahnılar bəstələyib.
İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə tərəfdaşlıq edib.
70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan "Ay ellər", "Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm" , "Qəşəngdir" və yaradıcılığında xüsusi yer tutan "Azərbaycan qızıyam" mahnılarını ifa edib. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırıb.
Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olub, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirib, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilib.
Sənətçi Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla ("Arzu qızım", "Leyla" və s.) mahnılar yazıb.
Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, müsabiqələrdə ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də səsləndirilib.
Ələkbər Tağıyev 16 aprel 1981-ci ildə dünyasını dəyişib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Mədəniyyət"Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - VİDEO
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında məşhur yazıçı Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçirilib.
MədəniyyətStalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır
Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.
MədəniyyətBalet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJ
Balet zərifliyin, intizamın və yüksək sənət duyumunun bir araya gəldiyi nadir səhnə sənətlərindən biridir. Bu sənətdə hər addım, hər hərəkət və hər baxış xüsusi məna daşıyır.
MədəniyyətAzərbaycanda Əməkdar artist vəfat edib
Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.