
Tarixdə ilk dəfə: Çempionlar Liqasının həlledici matçında ispan dueli
UEFA Çempionlar Liqası (ÇL) və Avropa Çempionlar Kubokunun tarixində ilk dəfə olaraq həlledici final matçı iki ispan mütəxəssisi qarşı-qarşıya gətirəcək.
UEFA Çempionlar Liqası (ÇL) və Avropa Çempionlar Kubokunun tarixində ilk dəfə olaraq həlledici final matçı iki ispan mütəxəssisi qarşı-qarşıya gətirəcək.
Gundem.today xəbər verir ki, bu maraqlı fakt barədə tanınmış jurnalist Pedro Martin özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Titul uğrunda keçiriləcək bu həlledici görüşdə Luis Enrikenin rəhbərlik etdiyi "Paris Sen-Jermen" (PSJ) komandası Mikel Artetanın çalışdırdığı "Arsenal"la qüvvəsini sınayacaq.
Turnirin (Çempionlar Liqası və Avropa Çempionlar Kuboku) tarixində eyni ölkədən olan məşqçilərin finallarda eyni vaxtda yer alması bundan əvvəl cəmi dörd dəfə qeydə alınıb: 1979-cu ildə "Nottingem Forest" (Brayan Klaf) və "Malmö" (Bob Hafton); 2003-cü ildə "Yuventus" (Marçello Lippi) və "Milan" (Karlo Ançelotti); 2013-cü ildə "Borussiya Dortmund" (Yurgen Klopp) və "Bavariya" (Yupp Haynkes); 2020-ci ildə isə PSJ (Tomas Tuxel) və "Bavariya" (Hans-Diter Flik) arasında.
Qeyd edək ki, cari mövsümün həyəcanla gözlənilən final qarşılaşması mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanUlduz futbolçu xəstəxanaya yerləşdirildi: "Real Madrid"in məşqində nələr yaşanıb? - TƏFƏRRÜAT
"Real Madrid"in paltardəyişmə otağında böhran getdikcə daha da dərinləşir.
İdmanFreddi Varqasın qolu rekord qırdı: 20 milyondan çox baxış
"Neftçi"nin vingeri Freddi Varqasın Azərbaycan Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax"a qarşı keçirilən oyunda (0:3) vurduğu qol sosial şəbəkələrdə rekord marağa səbəb olub.
İdmanZəfərə gedən yol özü ilə oyundan keçir: Almaniya necə öz rəqibinə çevrildi? - VİDEO
Futbol bəzən sadəcə meydanda top qovmaq deyil, tarixin ən ağrılı səhifələrinin yaşıl meydandakı inikasıdır.
İdmanPSJ-nin final sevinci şəhəri qarışdırdı: Yüzlərlə saxlanılan var - VİDEO
Parisdə PSJ klubunun UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən sonra iğtişaşlar baş verib.