Son dəqiqə
Avropa çempionatı: Azərbaycan güləşçisi finala çıxdıAbşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEO"Beşiktaş"ın sabiq futbolçusu qəfil vəfat etdi - FOTOQonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATIHörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib? - VİDEONetanyahunun səhhəti ilə bağlı rəsmi açıqlama: İsrail lideri onkoloji xəstəlikdən müalicə alıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir?
Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir?
Kriminal

Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir?

Bu gün
18:00
0 baxış
Paylaş:

Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutan proses zərərçəkmiş ifadələri ilə işini davam etdirib.

Zərərçəkmiş Kənan Əsgərov ibtidai istintaqa verdiyi ifadəni təsdiqlədiyini bildirərək təqsirləndirilənin ondan aldığı məbləğdən danışıb:

"Ona 30 min manat dəyərində maşın, əlavə olaraq nağd pul verdim. Ümumi olaraq üst-üstə ona 55 min manatdan artıq pul vermişəm. Qarşılığında ev almaq istəyəndə sənədlərinə baxmışdım, hamısı yerində idi.

İslam sonra mənə Xırdalanda bir evin olduğunu və onu mənə vermək istədiyini dedi. 72 min manat qiymət qoyulan 3 otaqlı ev idi. Mənə açarları verdilər ki, ev sənindir. Müqavilə hazırladılar. Baxdım, bu sənədlərdən şübhələndim və dedim ki, belə müqavilə olmur".

İslam Yusifov zərərçəkənin dediklərinə münasibət bildirərək onun dedikləri ilə qismən razılaşdığını deyib.

Növbəti proses mayın 22-ə təyin olunub.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla birlikdə mühakimə olunur.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atası və digər şəxslərlə birlikdə mühakimə edilib.

Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Zal Yusifov cəzasını sonlandırıb azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.

Bu günə kimi o, müvafiq məhkəmə qərarını icra etmir.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#dələduzluq#İslam_Yusifov#Zal_Yusifov#Texnikabank#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#İlham_Abbasov#cinayət_işi#zərərçəkmiş#məhkəmə_prosesi#mənimsəmə

Oxşar Xəbərlər

Binədə doqquz mənzili talayan şəxs ələ keçdi - VİDEOKriminal

Binədə doqquz mənzili talayan şəxs ələ keçdi - VİDEO

Xəzər rayonunun Binə qəsəbəsində doqquz mənzildən müxtəlif vaxtlarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu gün
17:120
Bakıda dayısını qətlə yetirən şəxsə AĞIR CƏZAKriminal

Bakıda dayısını qətlə yetirən şəxsə AĞIR CƏZA

Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bu gün
17:040
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildiKriminal

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.

Bu gün
15:240
Atasını öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başladıKriminal

Atasını öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başladı

Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün
15:160