
Tovuzda bazarda YOXLAMA - Ciddi nöqsanlar aşkarlandı - FOTO
Tovuz şəhərində M. Musayev küçəsində fəaliyyət göstərən "Nəsimi" firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib.
Tovuz şəhərində M. Musayev küçəsində fəaliyyət göstərən "Nəsimi" firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkarlanıb. Belə ki, bazarda ət-süd məhsullarının satışı sahəsində döşəmə, divar səthlərinin hamar və təmirli olmadığı, müntəzəm təmizlik, dezinfeksiya işlərinin aparılmadığı müəyyənləşib. Eyni zamanda, ət və süd məhsullarının saxlanma temperaturuna riayət edilmədən satışa çıxarıldığı, etiket məlumatları olmayan qida məhsullarının realizə edildiyi müşahidə olunub.
Bundan əlavə, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi, istehsal prosesində yaranan tullantıların ağzı kip bağlanan qablara toplanıb kənarlaşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.
Nöqsanlarla bağlı bazarın səlahiyyətli nümayəndəsi barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEO
Zaqatalada fəaliyyət göstərən heyvan sığınacağının bağlanma təhlükəsi ilə üzləşməsi narahatlıq yaradıb.
CəmiyyətBakı WUF13-ə hazırlaşır: Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq?
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
CəmiyyətDövlət agentliyinə yeni departament müdiri təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatı olub.
Cəmiyyət367 nəfər Azərbaycandan deportasiya edilib
Bu ilin yanvar-mart aylarında 367 nəfər Azərbaycandan deportasiya edilib.