Tramp ABŞ-də silah istehsalının sürətləndirilməsini əmr etdi
Dünya

Tramp ABŞ-də silah istehsalının sürətləndirilməsini əmr etdi

İndi
11:54
1 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Tramp ölkə daxilində hərbi təyinatlı məhsulların buraxılışının sürətləndirilməsinə dair göstəriş verib.

ABŞ Prezidenti Donald Tramp ölkə daxilində hərbi təyinatlı məhsulların buraxılışının sürətləndirilməsinə dair göstəriş verib.

Gundem.today-ın TASS agentliyinə istinadla verdiyi xəbərə əsasən, bu barədə dövlət başçısı Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı Kampaniya Komitəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi ianə toplama mərasimində çıxış edərkən bildirib.

ABŞ-nin İrana qarşı hərbi addımlarına toxunan Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar dünyada ən qabaqcıl silahlara sahibdir. "Diqqət etmisinizsə, mən onların daha çevik və daha böyük həcmlərdə ərsəyə gətirilməsini tələb etdim, çünki bütün bu texnikanın məhz ABŞ-də istehsal olunmasına böyük ehtiyac duyuruq", - deyə prezident əlavə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp

Oxşar Xəbərlər