
Tramp: "ABŞ İrandan yeni təklif alıb"
Donald Tramp bildirib ki, danışıqlar aparan nümayəndə heyətinin Pakistana səfəri ləğv edildikdən sonra ABŞ İrandan yeni təklif alıb.
Donald Tramp bildirib ki, danışıqlar aparan nümayəndə heyətinin Pakistana səfəri ləğv edildikdən sonra ABŞ İrandan yeni təklif alıb.
Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Floridanın Palm-Biç şəhərindən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərlə söhbətində Tramp bildirib:
"Maraqlısı budur ki, mən ABŞ nümayəndələrinin Pakistana səfərini ləğv etdikdən dərhal sonra, 10 dəqiqə ərzində biz yeni təkliflər aldıq, onlar xeyli yaxşıdır".
Tehranın uranı zənginləşdirməsinə mümkün moratoriumla bağlı suala cavabında Tramp bildirib ki, "onlar çox şey təklif ediblər, lakin bu, kifayət deyil".
O, həmçinin vurğulayıb ki, İranın nüvə silahı olmamalıdır və ABŞ-nin danışıqlarda "bütün kartlara sahib olduğu" mövqeyini yenidən təkrarlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİspaniyada attraksion qəzası: Xəsarət alanlar var
İspaniyanın Sevilya şəhərində keçirilən yarmarkada ekstremal "katapult" attraksionunun trosu qırılıb.
DünyaAnita Orban Macarıstanın gələcək hökumətində iki mühüm post tutacaq
Anita Orban Macarıstanın gələcək hökumətində həm xarici işlər naziri, həm də baş nazirin müavini vəzifəsini icra edəcək.
DünyaFransa silahlanmanı sürətləndirir - Hərbi istehsal artırılır
Fransanın Hərbi Hava-Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Jerom Bellanje ölkədə hərbi texnika istehsalının artırılmasının zəruri olduğunu bildirib.
DünyaBəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili - ÇERNOBIL FACİƏSİ
Bu gün Çernobıl Atom Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 40 il ötür.