
Tramp: "ABŞ qüvvələri İranda və onun ətrafında qalacaqlar" - FOTO
"ABŞ qüvvələri müqavilənin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacaqlar".
"ABŞ qüvvələri müqavilənin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacaqlar".
Oxu. Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında bildirib.
"ABŞ-yə məxsus bütün hərbi gəmilər, aviasiya vasitələri və şəxsi heyət, habelə əlavə silah-sursat və onsuz da əhəmiyyətli dərəcədə zəiflədilmiş rəqibin zərərsizləşdirilməsi üçün lazım olan bütün vasitələr əldə edilmiş həqiqi razılaşma tam icra olunana qədər İranda və ətrafındakı mövqelərində qalacaq. Əgər hər hansı bir səbəbdən bu şərtlər yerinə yetirilməzsə (baxmayaraq ki, bu, inandırıcı görünmür), o zaman bu günə qədər heç kimin görmədiyi qədər daha miqyaslı, güclü və sarsıdıcı zərbələr başlayacaq. Bütün saxta bəyanatlara rəğmən, uzun müddət əvvəl razılaşdırıldığı kimi hərəkət ediləcək: heç bir nüvə silahı olmayacaq və Hörmüz boğazı tam açıq, eləcə də təhlükəsiz saxlanılacaq. Bu ərəfədə isə qüdrətli hərbi qüvvələrimiz təchizatını yeniləyir, istirahət edir və faktiki olaraq özünün növbəti addımına hazırlaşır. Amerika geri döndü!" - deyə paylaşımda qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Münaqişə istənilən an yenidən alovlana bilər
ABŞ, İsrail və İran qısamüddətli atəşkəsdən uzunmüddətli sülhə keçmək üçün yollar axtarmalıdırlar və bu münaqişə fasiləsi qüvvələrin artırılması üçün bir fürsət kimi dəyərləndirilməməlidir.
Dünyaİsrail ordusu ötən gecə Livana 20-dən çox hava zərbəsi endirib - VİDEO
İsrail ordusu ötən gecə Livanda 20-dən çox hava hücumu həyata keçirib.
Dünyaİranın İsrailə hücumları nəticəsində 42 nəfər həlak olub
40-cı gününə qədəm qoyan "Aslanın nəriltisi" əməliyyatı zamanı ən azı 42 İsrail əsgəri və mülki şəxs həlak olub.
Dünya"General Motors" 270 mindən çox avtomobili geri çağırır
"Chevrolet", "Buick", "GMC" və "Cadillac" brendlərinin sahibi olan ABŞ-nin "General Motors" (GM) korporasiyası arxa görüntü kamerasındakı nasazlıq səbəbindən ölkə üzrə 271 700 nəqliyyat vasitəsini geri çağıracaq.