
KİV: Münaqişə istənilən an yenidən alovlana bilər
ABŞ, İsrail və İran qısamüddətli atəşkəsdən uzunmüddətli sülhə keçmək üçün yollar axtarmalıdırlar və bu münaqişə fasiləsi qüvvələrin artırılması üçün bir fürsət kimi dəyərləndirilməməlidir.
ABŞ, İsrail və İran qısamüddətli atəşkəsdən uzunmüddətli sülhə keçmək üçün yollar axtarmalıdırlar və bu münaqişə fasiləsi qüvvələrin artırılması üçün bir fürsət kimi dəyərləndirilməməlidir.
Gundem.today xəbər verir ki, bu barədə "Global Times" qəzetinin redaksiya məqaləsində qeyd olunur.
"ABŞ və İran danışıqlar masasına əyləşməyə razıdır. Bu, olduqca müsbət bir xəbərdir. İki həftəlik müddət o qədər də böyük deyil, buna görə də bütün tərəflər yaranmış qısa fürsət pəncərəsindən maksimum dərəcədə istifadə etməlidirlər. Ən böyük sınaq isə onların dialoqda nə qədər səmimi olduqlarını və sülhə həqiqətən can atdıqlarını nümayiş etdirə bilmələridir, ilk maneə isə atəşkəsə əməl etmək öhdəliyi olacaq. Əgər danışıqlar sadəcə vaxt qazanmaq və hərbi güc toplamaq üsulu, müvəqqəti atəşkəs isə taktiki fasilə kimi qəbul edilərsə, münaqişə istənilən an yenidən alovlana bilər. Bu isə Yaxın Şərqdə və bütün dünyada sülhə və sabitliyə ciddi təhlükə yaradacaq. ABŞ, İsrail və İran rasionallıq və təmkinlilik nümayiş etdirməli, qısamüddətli atəşkəsdən qalıcı sülhə keçid yollarını aktiv şəkildə axtarmalıdır", - deyə şərhdə vurğulanır.
Nəşr bu prosesdə iştirak edən tərəfləri bir-birinin maraqlarını qarşılıqlı şəkildə nəzərə almağa çağırır. "Xüsusilə, danışıqların hər hansı bir detalını vaxtından əvvəl təslim olma və ya məğlubiyyət aktı kimi yozmamağa çalışmaq lazımdır, çünki bu, danışıqlar prosesinə yeni çətinliklər gətirə bilər. Təbii ki, bu, çətin bir vəzifədir. Buna baxmayaraq, əlaqədar tərəflər - xüsusən də böyük dövlətlər bu prosesdə onlardan haqlı olaraq gözlənilən sülh naminə borc və məsuliyyət hissini nümayiş etdirməlidirlər", - deyə qəzet yazır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaCHP-nin Ankara bölgəsi üzrə rəhbəri saxlanıldı
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara bölgəsi üzrə rəhbəri Ümit Erkol saxlanılıb.
DünyaRusiyada Şahin Şıxlinskiyə qarşı daha bir iş üzrə cəza istənildi - VİDEO
Yekaterinburq şəhərinin Kirov Məhkəməsində baş tutan yekun dinləmələrdə dövlət ittihamçısı Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski və onun oğlu Mütvəli barəsində ağırlaşdırılmış həbs cəzası tələb edib.
DünyaDonald Tramp: "NATO ehtiyac duyduğumuz zaman bizə kömək etməyib"
ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rütte ilə görüşdən sonra alyans daxilində Qrenlandiyanın mənsubiyyəti məsələsində fikir ayrılıqları olduğunu xatırladıb.
DünyaYer kürəsində maqnit fırtınası gözlənilir
Günəş səthində yaranmış koronal dəliyin aprelin 10-u günorta saatlarında Yer kürəsinə təsiri gözlənilir. Bu hal geomaqnit fırtınalarının yaranmasına gətirib çıxara bilər.