Tramp İrana qarşı əməliyyatın tezliklə bitəcəyini 12-ci dəfə bəyan etdi - Ziddiyyət, yoxsa manevr?
Dünya

Tramp İrana qarşı əməliyyatın tezliklə bitəcəyini 12-ci dəfə bəyan etdi - Ziddiyyət, yoxsa manevr?

İndi
10:30
0 baxış
Paylaş:

Martın 30-da ABŞ prezidenti Donald Tramp İrana qarşı "Epik qəzəb" əməliyyatının tezliklə başa çata biləcəyini deyib. Bu, onun martın əvvəlindən bəri 12-ci dəfə oxşar açıqlamasıdır.

Martın 30-da ABŞ prezidenti Donald Tramp İrana qarşı "Epik qəzəb" əməliyyatının tezliklə başa çata biləcəyini deyib. Bu, onun martın əvvəlindən bəri 12-ci dəfə oxşar açıqlamasıdır.

Gundem.today xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

"Axios" hesab edir ki, Ağ Evin bu məsələ ilə bağlı bəyanatları ziddiyyətlidir. Çünki ABŞ rəsmiləri həmvətənlərini münaqişənin uzunmüddətli müharibəyə səbəb olmayacağına inandırmağa çalışırlar. İrana qarşı yönəlmiş əməliyyat artıq beşinci həftədir ki, icra olunur və bu, "Axios"un təhlilinə əsasən, Birləşmiş Ştatlar liderinin prosesin dörd-beş həftə çəkəcəyi ilə bağlı ilkin ehtimallarına uyğun gəlir.

Bununla belə, "Axios" hesab edir ki, Yaxın Şərqdə yerləşdirilmiş ABŞ Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının 50 min nəfəri keçməsi regiondakı hərbi toqquşmaların qısa müddətdə dayandırılması ehtimalını azaldır.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#donald_tramp#abş#iran#epik_qəzəb_əməliyyatı#epic_fury#hərbi_əməliyyat#yaxın_şərq#axios#ağ_ev#abş_ordusu#münaqişə

Oxşar Xəbərlər