
Tramp: "İrana qarşı həyata keçirilən əməliyyat sona yaxınlaşır"
"ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyat sona yaxınlaşmaqdadır".
"ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyat sona yaxınlaşmaqdadır".
Gundem.today xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibəsində deyib.
"Düşünürəm ki, o (İranla müharibə) bitmək üzrədir. Mən bu prosesin başa çatmağa çox yaxın olduğunu görürəm. Bilirsiniz, əgər mən indi oradan tamamilə çəkilib getsəm, o ölkəni yenidən ayağa qaldırmaları 20 il çəkər. Hələ işimiz bitməyib, nələrin olacağını görəcəyik. Düşünürəm ki, onlar səmimi şəkildə bir razılaşma əldə etmək istəyirlər", - deyə o, teleaparıcı Mariya Bartiromo ilə söhbətində vurğulayıb.
Bundan başqa Ağ Ev lideri əlavə edib ki, Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün İrana hücum etməli olub:
"Onların diqqətini yayındırmalı idim, çünki etməsəydim, hazırda İran nüvə silahına sahib olardı".
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başa çatdığını bəyan edib.
Gundem.today xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Mariya Bartiromo dövlət başçısı ilə müsahibədən sonra məlumat verib.
"Tramp əməliyyatın başa çatdığını bildirdi", - deyə jurnalist qeyd etsə də, əlavə təfərrüat açıqlamayıb.
Bundan əvvəl Tramp ABŞ və İran arasında növbəti danışıqlar raundunun yaxın iki gün ərzində keçirilə biləcəyini vurğulayıb.
Xatırladaq ki, aprelin 11-də tərəflər Pakistanın vasitəçiliyi ilə danışıqlar aparıblar. Həmin görüşdə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ dron istehsal xərclərini 242 dəfə artırmağı planlaşdırır
ABŞ Hərb Nazirliyi (Pentaqon) tərkibində fəaliyyət göstərən Avtonom Döyüş Sistemləri Qrupu (DAWG) rəhbərlikdən öz maliyyələşməsinin 242 dəfə çoxaldılmasını istəyib.
Dünyaİsrail ordusu "Hizbullah"a zərbələr endirdi - FOTO
İsrail ordusu Livanın cənubunda əməliyyatları davam etdirir.
Dünyaİran yeraltı raket bazalarının dağıdılmış yollarını açmağa başlayıb - FOTO
İranda raket qurğularının saxlanıldığı yeraltı hərbi bazaların girişlərini bağlanmasına səbəb olan dağıntıların təmizlənməsi prosesi həyata keçirilir.
DünyaABŞ ordusu okeanda katerə zərbələr endirdi: Ölənlər var - VİDEO
ABŞ ordusunun Sakit okeanda katerə endirdiyi zərbələr nəticəsində dörd nəfər ölüb.