
Türk Dövlətləri Təşkilatında Qadın Əməkdaşlıq Şurası yaradılacaq
"Hüquqlarımız qədər məsuliyyətlərimiz, azadlıqlarımız qədər vəzifələrimiz var. Hüquqlardan tam şəkildə faydalanmağın yolu məsuliyyətləri də güclü şəkildə üzərinə götürə bilən fərdlər yetişdirməkdən keçir. Qadına baxışımızın mərkəzində məhz bu tarazlıq anlayışı durur. "Güclü qadın, güclü ailə, güclü cəmiyyət" prinsipi işlərimizin əsas rəhbəridir".
"Hüquqlarımız qədər məsuliyyətlərimiz, azadlıqlarımız qədər vəzifələrimiz var. Hüquqlardan tam şəkildə faydalanmağın yolu məsuliyyətləri də güclü şəkildə üzərinə götürə bilən fərdlər yetişdirməkdən keçir. Qadına baxışımızın mərkəzində məhz bu tarazlıq anlayışı durur. "Güclü qadın, güclü ailə, güclü cəmiyyət" prinsipi işlərimizin əsas rəhbəridir".
Gundem.today "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.
Onun sözlərinə görə, qadınlar yalnız ailə strukturumuzun deyil, həmçinin ölkəmizin inkişaf prosesinin də əsas subyektidir:
"Müasir dünyada davamlı rifaha çatmaq üçün qadınların və kişilərin inkişafın hər mərhələsində həmrəyliklə iştirakı tələb olunur. Qadınların cəmiyyətdə qarşılaşdıqları maneələrin aradan qaldırılması və rifah səviyyələrinin yüksəldilməsi "Güclü Türkiyə" hədəfimizin ayrılmaz hissəsidir. Qadınların insan ləyaqətinə uyğun həyat sürməsi, qərar qəbuletmə mexanizmlərində fəal rol alması, hüquq, imkan və fürsətlərdən bərabər şəkildə faydalanması üçün bütün dəstək mexanizmlərimizin səfərbər olmasını davam edirik".
"Qadınlarla bağlı siyasətlər Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə sosial siyasət sahəsində davam edən əməkdaşlıqlarımızın ən vacib detallarından biridir. Yaxın zamanda üzv ölkələri bu sahədə ortaq mexanizm çərçivəsində bir araya gətirməyi hədəfləyən TDT Qadın Əməkdaşlığı Şurasının yaradılması üçün təşəbbüs qaldırmışıq. Bu ideyanın qardaş coğrafiyamızdakı qadınların hər sahədə güclənməsinə yönəlmiş səylərin ortaq istiqamət almasına və bilik, təcrübə və bacarıq paylaşımı üçün səmərəli bir zəmin yaradacağına inanırıq", - deyə nazir qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətXarici media subyektlərinin filiallarına dair tələblər müəyyənləşib
Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarında dəyişiklik edilib.
SiyasətÖlkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Siyasət"Patent haqqında" qanuna beynəlxalq standartlara uyğun yeni dəyişikliklər qüvvəyə minib
"Patent haqqında" qanuna beynəlxalq təcrübəyə uyğun olaraq bir sıra yeni anlayışların daxil edilməsi təsdiqlənib.
SiyasətPrezident təhsillə bağlı iki sazişi TƏSDİQLƏDİ
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilib.