İran BMT-nin Hörmüz boğazı ilə bağlı müraciətini qəbul edib
Dünya

İran BMT-nin Hörmüz boğazı ilə bağlı müraciətini qəbul edib

İndi
01:48
1 baxış
Paylaş:

"Tehran BMT-nin Hörmüz boğazı ilə bağlı müraciətini yerinə yetirməyə razılaşıb".

"Tehran BMT-nin Hörmüz boğazı ilə bağlı müraciətini yerinə yetirməyə razılaşıb".

Gundem.today ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki nümayəndəsi bildirib.

Nümayəndənin sözlərinə görə, İran humanitar yüklərin Hörmüz boğazından təhlükəsiz keçidinə dəstək verəcək və bu prosesi sürətləndirəcək.

Qeyd edək ki, martın 27-də BMT-nin baş katibi Antonio Quterreş boğazdan keçidi təmin etmək üçün xüsusi işçi qrup yaradıb. Qrupun əsas məqsədi humanitar məqsədlər üçün texniki mexanizmlərin hazırlanmasıdır.

Daha əvvəl ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter bildirmişdi ki, ABŞ qüvvələri İranın bəzi adalarını ələ keçirə bilsə də, bu, Hörmüz boğazının açılmasına kömək etməyəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)#Hörmüz_boğazı#İran-İsrail_münaqişəsi

Oxşar Xəbərlər