
İran və Rusiya XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər
Rusiya və İran xarici işlər nazirləri - Sergey Lavrov və Abbas Əraqçı telefon danışığı zamanı regiondakı vəziyyət və İran ətrafındakı münaqişənin nizamlanması perspektivlərini müzakirə ediblər.
Rusiya və İran xarici işlər nazirləri - Sergey Lavrov və Abbas Əraqçı telefon danışığı zamanı regiondakı vəziyyət və İran ətrafındakı münaqişənin nizamlanması perspektivlərini müzakirə ediblər.
Gundem.today xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Yaxın Şərqdə davam edən ağır hərbi-siyasi böhranı ətraflı şəkildə nəzərdən keçiriblər. Danışıqlar zamanı münaqişənin beynəlxalq hüquq əsasında və region ölkələrinin, o cümlədən İran və onun qonşularının maraqları nəzərə alınmaqla siyasi-diplomatik yolla həllinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Sergey Lavrov iranlı həmkarını Tehrana Rusiyadan yeni humanitar yardım partiyasının göndərilməsi barədə məlumatlandırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində 84 yaşlı qadın süni intellekt tərəfindən yaradılan kişiyə aşiq oldu
Çində 84 yaşlı qadın süni intellektlə yaradılmış virtual kişiyə vurulub.
DünyaBritaniya parlamentində donanmanın vəziyyəti "milli rüsvayçılıq" adlandırılıb
Böyük Britaniya parlamentində ölkənin öz hərbi gəmilərinin çatışmazlığı "milli rüsvayçılıq" kimi qiymətləndirilib.
Dünya"SpaceX" insanın Aya eniş tarixini açıqlayıb
İnsanların Aya enişi 2030-cu ilə qədər baş tuta bilər.
Dünyaİran BMT-nin Hörmüz boğazı ilə bağlı müraciətini qəbul edib
"Tehran BMT-nin Hörmüz boğazı ilə bağlı müraciətini yerinə yetirməyə razılaşıb".