
Türkiyə DİN Mansur Yavaş haqqında araşdırmaya başladı
Türkiyənin Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş haqqında araşdırma aparmağa icazə verib.
Türkiyənin Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş haqqında araşdırma aparmağa icazə verib.
Gundem.today xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, nazirliyin araşdırma üçün icazəsi, 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqində bələdiyyəyə məxsus bəzi nəqliyyat vasitələrinin istifadə oluna biləcəyi iddialarına əsaslanır.
Seçki dövrlərində belə dövlət resurslarından istifadənin qarşısını almaq üçün diqqətli bir yanaşmanın tətbiq edildiyi vurğulanıb və Mansur Yavaşın kampaniya zamanı bələdiyyə sədri maaşını belə almadığı bildirilib. Qeyd olunub ki, sözügedən məsələnin televiziya proqramında müzakirəsindən sonra, şübhəyə yer qalmaması üçün iddialar Yavaşın özü tərəfindən yoxlama prosesinə göndərilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİslamabad danışıqlarının sirləri açılır - Əraqçı ABŞ təmsilçilərini nədə ittiham edib?
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında baş tutan danışıqlar zamanı İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Ştatların nümayəndə heyətinə fevral ayındakı hücum fonunda bundan sonra qarşılıqlı etimadla bağlı sual ünvanlayıb.
Dünyaİran beş ərəb dövlətindən dəymiş zərərə görə kompensasiya TƏLƏB EDİR
İran hərbi əməliyyatlar nəticəsində dəymiş fiziki və mənəvi zərərə görə beş ərəb dövlətindən kompensasiya almaq niyyətindədir.
DünyaABŞ hərbçiləri Sakit okeanda daha bir kateri vurdular - VİDEO
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində hərəkət edən sürətli katerə zərbə endiriblər.
DünyaABŞ-nin maliyyə nazirindən dolların zəifləyəcəyi iddialarına CAVAB
"ABŞ İrana qarşı hərbi əməliyyat səbəbindən dolların zəifləmə potensialından narahat deyil".