
Türkiyə futbolunda Mirça Luçeskunun xatirəsi anılacaq
Aprelin 8-dən 13-dək Türkiyə stadionları "Beşiktaş" və "Qalatasaray"ın sabiq baş məşqçisi Mirça Luçeskunun xatirəsinə hörmət əlaməti olaraq sükuta qərq olacaq. Belə ki, qeyd olunan tarixlərdə ölkədə baş tutacaq bütün qarşılaşmalarda mərhum mütəxəssis yad ediləcək.
Aprelin 8-dən 13-dək Türkiyə stadionları "Beşiktaş" və "Qalatasaray"ın sabiq baş məşqçisi Mirça Luçeskunun xatirəsinə hörmət əlaməti olaraq sükuta qərq olacaq. Belə ki, qeyd olunan tarixlərdə ölkədə baş tutacaq bütün qarşılaşmalarda mərhum mütəxəssis yad ediləcək.
Gundem.today xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Qurumun yaydığı məlumata əsasən, 80 yaşında vəfat edən rumıniyalı məşhur mütəxəssisin əziz xatirəsi hər matçın start fiti səslənməzdən öncə bir dəqiqəlik sükutla anılacaq.
Xatırladaq ki, son iş yeri Rumıniya yığması olan təcrübəli baş məşqçi ötən gün dünyasını dəyişib.
Mirça Luçesku özünün olduqca zəngin məşqçilik karyerası ərzində İtaliyanın "İnter", "Piza", "Breşiya", Türkiyənin "Qalatasaray", "Beşiktaş", eləcə də Ukraynanın "Dinamo Kiyev" və "Şaxtyor Donetsk" kimi məşhur komandalarının sükanı arxasında çalışıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanRauf Xəlilov növbəti dörd il üçün yenidən federasiya prezidenti seçildi
"Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
İdmanOlimpiya mükafatçılarımızın medalları dəyişdirilir
Azərbaycanın tanınmış idmançıları - taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov tezliklə yeni medallarına qovuşacaqlar.
İdman"Araz-Naxçıvan"ın legioneri yubiley qolunu vurub
"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında 25-ci qolunu vurub.
İdmanAzərbaycan velosipedçisi Qazaxıstanda bürünc medal qazandı - FOTO
Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.