
Türkiyədə məşhurlara qarşı əməliyyat: İstanbul baş prokuroru açıqlama verdi
İstanbul baş prokuroru Fatih Dönmez tanınmış şəxsləri hədəf alan narkotik istintaqı ilə bağlı açıqlama verib.
İstanbul baş prokuroru Fatih Dönmez tanınmış şəxsləri hədəf alan narkotik istintaqı ilə bağlı açıqlama verib.
Bu barədə Gundem.today İHA-ya istinadən xəbər verir.
Fatih Dönmezin sözlərinə görə, son iki ayda 400 narkotik satıcısı saxlanılıb:
"İctimaiyyətdə "Məşhurlar narkotik dosyesi" kimi tanınan istintaq çərçivəsində bu günə qədər ümumilikdə 255 şübhəli barəsində məhkəmə prosesi başladılıb. Bu şübhəlilərin 219-u Ədliyyə Tibb Qurumunda testlərdən keçirilib. Aparılan analizlər nəticəsində 169 şübhəlidə narkotik maddədən istifadəyə dair dəlillər aşkar edilib. Son iki ay ərzində 400 narkotik satıcısı həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
"Narkotik dosyesi" çərçivəsində isə 32 şübhəli həbs edilib. Qarşıdakı dövrdə bu iş üzrə yeni əməliyyatlar təşkil olunacaq. Məşhurların və iş adamlarının adlarının hallandığı yeni məlumatlar əldə edildikcə, müvafiq şəxslər prokurorluğumuza çağırılacaqlar".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesMəşhur "Qulluqçu" romanının sirli müəllifi kimliyini açıqladı
Sidni Suini və Amanda Seyfridin baş rolları ifa etdiyi "Qulluqçu" filminə ilham verən ədəbi əsərin müəllifi əsl adını ictimaiyyətə açıqlayıb. Məlum olub ki, illərdir Frida Makfadden təxəllüsü ilə fəaliyyət göstərən şəxs əslində Sara Koen adlı qadındır.
Şou-biznesAlla Puqaçovanın Moskvadakı lüks mənzili satışa çıxarıldı - Qiyməti dodaq uçuqladır
Rusiyalı müğənni Alla Puqaçovaya məxsus, Moskvanın Arbat ərazisində yerləşən mənzil 5 milyon dollar (təxminən 465 milyon rubl) dəyərində satışa çıxarılıb.
Şou-biznesCNN-dən böyük səhv: Sağ olan aktyor haqqında "vida videosu" yayımlandı
ABŞ-nin CNN telekanalı Maykl Cey Foks haqqında səhvən onun xatirəsinə həsr olunmuş video yayımlayıb.
Şou-biznesTürkiyədə müğənni Yusuf Güney narkotik təbliğinə görə saxlanıldı
Türkiyəli müğənni Yusuf Güney narkotik tərkibli olduğu bildirilən "Ayahuaska çayı" ilə bağlı açıqlamalarına görə saxlanılıb.