
CNN-dən böyük səhv: Sağ olan aktyor haqqında "vida videosu" yayımlandı
ABŞ-nin CNN telekanalı Maykl Cey Foks haqqında səhvən onun xatirəsinə həsr olunmuş video yayımlayıb.
ABŞ-nin CNN telekanalı Maykl Cey Foks haqqında səhvən onun xatirəsinə həsr olunmuş video yayımlayıb.
Gundem.today xəbər verir ki, bu barədə championat.ru məlumat yayıb. Video "Gələcəyə dönüş" trilogiyasının ulduzunun həyatına həsr olunub.
Hadisəyə aktyor özü də reaksiya verərək hələ sağ olduğunu bildirib və vəziyyətə zarafatla yanaşıb.
Bundan sonra CNN səhvə yol verdiyini etiraf edib, materialı bütün platformalardan silib, aktyordan və ailəsindən üzr istəyib.
Qeyd edək ki, Maykl Cey Foksa 1998-ci ildə Parkinson xəstəliyi diaqnozu qoyulub. Buna görə o, son illərdə ekranlarda az görünür və 2020-ci ildə aktyorluq karyerasını başa vurduğunu açıqlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesTürkiyədə müğənni Yusuf Güney narkotik təbliğinə görə saxlanıldı
Türkiyəli müğənni Yusuf Güney narkotik tərkibli olduğu bildirilən "Ayahuaska çayı" ilə bağlı açıqlamalarına görə saxlanılıb.
Şou-biznesMəhşur reper qalmaqallı ittihamdan sonra azadlığa çıxa bilərmi?
Fahişəlik məqsədilə insan daşımaqda təqsirli bilinərək dörd ildən artıq azadlıqdan məhrum edilən ABŞ-li reper P.Diddinin (əsl adı Şon Kombs) hüquq müdafiəçiləri cümə axşamı Nyu-York və digər ştatların işlərini icra edən İkinci ABŞ Dairə Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.
Şou-biznesSaxlanılmasına qərar verilən məşhur türk aktrisa danışdı: "Həqiqətin alternativi yoxdur" - FOTO
Türkiyədə İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik ittihamı üzrə istintaq çərçivəsində barəsində saxlanılma qərarı çıxarılmış - geniş izləyici kütləsinə malik "Uzak şehir" serialının "Alya"sı, sevilən aktrisa Sinem Ünsal açıqlama verib.
Şou-biznesTürkiyədə barəsində saxlanılma qərarı çıxan məşhur aşpaz Somer Sivrioğlu: "Biletimi aldım" - FOTO
İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan antinarkotik əməliyyatları çərçivəsində barəsində saxlanılma qərarı verilmiş Türkiyənin məşhur aşpazı və "MasterChef" proqramının münsifi Somer Sivrioğlu bununla bağlı açıqlama verib.