
Türkiyəli məşhur müğənni Yusuf Güney saxlanıldı
Məşhur türkiyəli müğənni Yusuf Güney saxlanılıb.
Məşhur türkiyəli müğənni Yusuf Güney saxlanılıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Ensonhaber" nəşri məlumat verib.
Məlumata görə, buna səbəb müğənninin "YouTube" videosunda təbliğatını apardığı bir çay növünün tərkibində qadağan olunmuş maddənin aşkarlanması olub.
Bildirilir ki, Yusuf Güney videosunda "Ayahuska" çayını həvəsləndirici şəkildə təbliğ etdikdən sonra bununla bağlı araşdırma aparılıb və çayın tərkibində DMT maddəsi (Dimetiltriptamin - bitkilərdə, heyvanlarda və insan beynində təbii olaraq tapılan, güclü halüsinogen təsirə malik psixodelik maddədir) müəyyən edilib. DMT isə Narkotik Maddələrə Nəzarət haqqında 2313 saylı Qanuna əsasən qadağan olunmuş maddə hesab edilir.
Bu araşdırmadan sonra Yusuf Güney hüquq-mühafizə orqanları tərəfindən nəzarət altına alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesMəşhur "Taxt oyunları" serialının aktyoru Maykl Patrik ölüb
Məşhur "Taxt oyunları" ("Game of Thrones") serialının aktyoru Maykl Patrik 35 yaşında vəfat edib.
Şou-biznesQazaxıstanda Enrike İqlesiasın konsertində qeyri-adi məhdudiyyət tətbiq olunacaq
Dünyaşöhrətli ispaniyalı ifaçı Enrike İqlesiasın Qazaxıstanda keçirəcəyi konsert proqramı zamanı qadın pərəstişkarları öpməsinə icazə verilməyəcək.
Şou-biznesReper "50 Cent" barədə sənədli serial çəkiləcək
Məşhur "Hulu" yayım platforması tanınmış reper 50 Cent (əsl adı Körtis Cekson) haqqında yeni sənədli serial təqdim edəcək. Üç hissədən ibarət olacaq ekran işi sənətçinin həyat və yaradıcılığının ən gizli məqamlarına işıq tutacaq.
Şou-biznes99-cu və 100-cü "Oskar" mərasimlərinin keçiriləcəyi tarixlər elan olunub
ABŞ Kino Sənəti və Elmləri Akademiyası "Oskar" mükafatının 99-cu və 100-cü təqdimat mərasimlərinin keçiriləcəyi tarixləri bəyan edib.