
Türkmənistanda "Azərbaycan - obyektivdən tarixə" adlı sərgi təqdim olunub - FOTO
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində "Azərbaycan - obyektivdən tarixə" adlı sərgi təqdim olunub.
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində "Azərbaycan - obyektivdən tarixə" adlı sərgi təqdim olunub.
Gundem.today xəbər verir ki, tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Milli Məclisin deputatı Hikmət Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, mədəniyyət, ədəbiyyat və elm xadimləri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Türkmənistanda Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təqdimatından söz açıb. O, mədəniyyət günlərinin ölkənin həm paytaxt Aşqabadda, həm də Arkadağ şəhərində keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov çıxışında iki xalq arasında mədəni əlaqələrin inkişafından, qarşılıqlı mədəniyyət günlərinin əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməsindən danışıb.
Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman deyib ki, sərgidə nümayiş olunan fotolarda ölkəmizin müasir memarlığı, azad olunmuş ərazilərimizdəki tarixi-mədəni irs və bərpa-quruculuq işləri öz əksini tapıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətAzərbaycan Milli İncəsənət Muzeyindən FOTOREPORTAJ
Azərbaycan Milli İncəsənət Muzeyinin tarixi, on səkkiz mindən çox eksponata malik zəngin kolleksiyası, memarlıq üslubu və fəaliyyəti haqqında ətraflı məlumat.
MədəniyyətRiskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq.
MədəniyyətŞirvanşahların yay iqamətgahına aparan yeraltı yol - Əzəmətli Nardaran qəsrindən FOTOREPORTAJ
Bakının Nardaran qəsəbəsində yerləşən XIV əsrə aid Nardaran qəsrinin tarixi, müdafiə divarları və Şirvanşahların iqamətgahına aparan sirli yeraltı yolları barədə ətraflı məlumat. Orta əsrlər Azərbaycan memarlığının dünya əhəmiyyətli nümunəsi.
MədəniyyətArkadağ şəhərində Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib - FOTO
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, maarif xadimi Seyid Əzim Şirvani (1835-1888) və tanınmış türkmən şairi Dövlətməmməd Azadinin (1695-1760) yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.