
Ukraynalı sabiq səfirin ailəsinin ABŞ-də milyonlarla dollarlıq əmlakları üzə çıxıb
Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı keçmiş səfiri Oksana Markarovanın həyat yoldaşı Florida ştatında dəbdəbəli daşınmaz əmlak əldə edib.
Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı keçmiş səfiri Oksana Markarovanın həyat yoldaşı Florida ştatında dəbdəbəli daşınmaz əmlak əldə edib.
Gundem.today xəbər verir ki, bu barədə açıq reyestrlərə istinadən "RIA Novosti" məlumat yayıb. Xəbərə görə, bu mülk barədə məlumatlar Markarovanın Ukraynanın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Agentliyinə təqdim etdiyi ailə bəyannamələrində yer almayıb. Bununla yanaşı, sənədlərdə diplomatın əri Daniil Volınetsin "Accordbank"ın təxminən 75 faiz səhmlərinə sahib olduğu vurğulanır. Materialdan bəlli olur ki, o, 2024-cü ilin iyul ayında "VRZ 2036 LLC" adlı şirkət təsis edib. Floridada qeydiyyatdan keçmiş bu firmanın fəaliyyət məqsədi kimi daşınmaz əmlaka sahiblik göstərilib. Yarım ay sonra sözügedən şirkət ABŞ-nin bu ştatında, okean sahilində yerləşən malikanə satın alıb. Bu mülk Markarovanın ailəsinə 2.35 milyon dollara başa gəlib. Ukraynanın qüvvədə olan qanunvericiliyi yüksəkvəzifəli şəxslərdən və onların yaxın qohumlarından xaricdəki aktivləri, eləcə də daşınmaz əmlakları barədə hesabat verməyi tələb edir. Buna baxmayaraq, sabiq səfirin ailəsinin sonuncu bəyannamələrində bu malikanə haqqında heç bir məlumat yoxdur.
Qeyd edək ki, Oksana Markarova 2021-2025-ci illərdə Kiyevin Vaşinqtondakı diplomatik nümayəndəliyinə rəhbərlik edib. O, 2023-cü ilin iyulundan 2025-ci ilin avqustuna kimi, həmçinin Ukraynanın Antiqua və Barbudadakı fövqəladə səfiri vəzifəsini də icra edib. Ötən ilin payızında Ukrayna lideri Volodimir Zelenski onu ölkənin bərpası və investisiyalar üzrə məsləhətçisi təyin etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaFransada hərbi təyyarə qəzaya uğrayıb
Fransa Hərbi Hava Qüvvələrinə məxsus yüngül təyyarə ölkənin cənub-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb.
DünyaTürkiyəli nazir: "NATO ölkələri Hörmüz boğazının açılması üçün kömək etməyə borclu deyillər"
"NATO-ya üzv ölkələr ABŞ və İsrailə Hörmüz boğazının açılmasında və gəmilərin bu su yolundan keçidinin təhlükəsizliyinin təmin edilməsində yardım göstərməyə borclu deyillər".
DünyaKir Starmer enerji qiymətlərinə görə Tramp və Putini tənqid edib
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinin enerji xərclərini kəskin şəkildə artırmasına səbəb olmasından yorulduğunu ifadə edib.
DünyaRusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdi
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb.