
Ukraynanın ən varlı iş adamı Monakoda rekord qiymətə mənzil alıb
Ukrayna Ali Radasının keçmiş deputatı, milyarder Rinat Axmetov Monakoda rekord məbləğə - 554 milyon dollar ödəyərək elit mənzilin sahibi olub.
Ukrayna Ali Radasının keçmiş deputatı, milyarder Rinat Axmetov Monakoda rekord məbləğə - 554 milyon dollar ödəyərək elit mənzilin sahibi olub.
Gundem.today bildirir ki, bu barədə "Bloomberg" agentliyi yerli daşınmaz əmlak reyestrindən çıxarışlar da daxil olmaqla, əməliyyatı təsdiqləyən sənədlərə istinadən məlumat verib.
Agentlik qeyd edir ki, Rinat Axmetovun bu alışı tarixin ən iri daşınmaz əmlak əməliyyatları sırasına daxil olub. Sənədlərə əsasən, elit obyekt 2024-cü ildə ukraynalı iş adamının əmlakına daxil edilib.
Mənzil prestijli "Le Renzo" yaşayış kompleksində yerləşir. Ümumi sahəsi 2 500 kvadratmetr olan mənzil beş mərtəbəni əhatə edir və 21 otaqdan ibarətdir. Mənzildə şəxsi hovuz, jakuzi, bir neçə eyvan və Aralıq dənizinə baxan terras mövcuddur. Alış qiymətinə, həmçinin səkkiz avtomobil dayanacağı da daxildir.
Rinat Axmetov Ukraynanın ən varlı vətəndaşı hesab olunur. Mart ayında o, 7,8 milyard dollarlıq sərvəti ilə "Forbes"in dollar milyarderləri siyahısına daxil edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ ilə danışıqlar aparmaqdan İMTİNA ETDİ
"İran ABŞ silahlı qüvvələri dəniz blokadasını qaldırmayana qədər Vaşinqton ilə danışıqların ikinci raundunu keçirməyəcək".
DünyaGürcüstanın güc strukturlarında kadr dəyişiklikləri baş verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin güc strukturlarında aparılacaq kadr dəyişiklikləri barədə məlumat verib.
DünyaGürcüstan XİN başçısına yeni vəzifə verildi
"Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili baş nazirin müavini təyin edilib".
DünyaZelenski: "Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində zədələnmiş "Drujba" neft kəmərinin təmir olunduğunu və onun yenidən fəaliyyətə başlaya biləcəyini açıqlayıb.