
Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi
Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.
Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.
Gundem.today xəbər verir ki, forum çərçivəsində gənc startapçılar layihələrini təqdim edərək biznes planlarını, ideyanın üstünlüklərini, hədəf auditoriyasını, bazar araşdırmasını, maliyyə göstəricilərini və ilkin kapital ehtiyaclarını münsiflər heyətinə təqdim ediblər.
Təqdimatlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib və seçilən komandaların layihələrinin həyata keçirilməsi üçün müvafiq qrantlar ayrılıb.
Belə ki, forumda 20 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkar və investorlarına təqdim ediblər.
Onlardan 11 komanda SIFE, 9 komanda isə SAGE kateqoriyası üzrə çıxış edib.
Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startapları, SAGE isə qlobal ətraf mühitin inkişafına yönələn layihələri əhatə edir.
Yekunda SIFE kateqoriyası üzrə "DuoWipe" layihəsinə 1 330 manat, "6 scents"ə 1 450 manat, "Volex"ə 1 260 manat, "Le Pass"a 2 200 manat, "Ash&Aura"yə 1 530 manat, "Nakhishli"yə 1 825 manat qrant ayrılıb.
Forumun münsifləri "Choco Bricks" layihəsinə 1 720 manat, "Gadget Bag"ə 990 manat, "Melt Belt"ə 1 130 manat, "The Cube" 1 100 manat və "SmellWell"ə 1 150 manat qrant ayrılması ilə bağlı qərar verib.
SAGE kateqoriyası üzrə isə "Land of Legacy by Karabakh" layihəsinə 3 230 manat, "Risetia"ya 1 615 manat, "Jorably"yə 2 730 manat, "İrs Bows"a 2 685 manat, "Silque"yə 2 230 manat, "Sea-tea Library"yə 2 045 manat, "Wipey"yə 1 045 manat, "Noosh"a 1 575 manat və "Yurdsip"ə 1 060 manat qrant ayrılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi
Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.
Cəmiyyətİdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTO
Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.
CəmiyyətKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
CəmiyyətADSEA: "Üzərində evlər tikildiyinə görə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir" - FOTO
Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diametri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.