Son dəqiqə
Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranıİranın Qum əyalətində hava hücumundan zərər görən dəmiryol körpüsü bərpa olunduUşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdiRusiya-Ukrayna cəbhəsində Pasxa atəşkəsi başladıXocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdiİdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi
Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi
Cəmiyyət

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Bu gün
17:10
0 baxış
Paylaş:

Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.

Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.

Gundem.today Modern.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, Nigar Qəhrəmanova 2 ildir ki onkoloji xəstəlikdən əziyyət çəkib. 6 ay əvvəl isə müalicə məqsədi ilə əməliyyat olunub, lakin xəstəliyi ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nigar Qəhrəmanova cəmi 4 yaşında Xocalı meşələrində ayaqları donduğu üçün hər ikisi amputasiya olunmuşdu.

"Nigarın atası Təvəkkül silahlı olduğundan əsir düşəcəyimizi biləndə əhalini və ailəsini müdafiə etmək məqsədi ilə müqavimət göstərib. Atışma zamanı ayağından və çiynindən yaralanan Təvəkkül ağaclara söykənə-söykənə mülki əhali ilə birlikdə Əsgəran ərazisindəki şumlanmış əkin sahəsinə qədər gəlib. Oradakı dinc sakinlərin yerini aşkar edən erməni silahlıları atəş açaraq atasının çiynində olan dörd yaşlı Nigarı yaralayıblar. Uşağın anası Raya yaralı qızı Nigarı qucağına götürdükdə ermənilər güllə ilə qadının başından vuraraq onu qətlə yetiriblər", - bu barədə onun ailəsi xatirələrində bildirib.

Nigar Qəhrəmanova uzun müddət bacısı Xəzangüllə birlikdə yaşayıb. O, cəmi 7 il əvvəl ailə həyatı qurmuşdu.

39 yaşında vəfat edən Nigarın anası Raya xanım 33, atası isə 37 yaşında Xocalı faciəsinin qurbanı olublar.

Nigar Qəhrəmanova səhhətində yaranan problemlərə görə Xocalı işğaldan azad olduqdan sonra öz ata-baba yurduna gedə bilməyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Nigar_Qəhrəmanova#Xocalı_soyqırımı#Xocalı_faciəsi_qurbanları#Xocalı_sakini_vəfat_etdi#onkoloji_xəstəlik#Qarabağ_müharibəsi_şahidləri#Xocalı_meşələri#cəmiyyət_xəbərləri.

Oxşar Xəbərlər

Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdiCəmiyyət

Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.

Bu gün
17:240
İdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTOCəmiyyət

İdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTO

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.

Bu gün
17:110
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQCəmiyyət

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu gün
17:010
ADSEA: "Üzərində evlər tikildiyinə görə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir" - FOTOCəmiyyət

ADSEA: "Üzərində evlər tikildiyinə görə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir" - FOTO

Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diametri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.

Bu gün
16:550