
Vahid xəzinə hesabının sərbəst qalığının xərclənməsi yolları müəyyən edildi
Nazirlər Kabineti "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın təsdiq edilməsi haqqında 24 may 2004-cü il tarixli qərarında dəyişiklik edib.
Nazirlər Kabineti "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın təsdiq edilməsi haqqında 24 may 2004-cü il tarixli qərarında dəyişiklik edib.
Gundem.today xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, vahid xəzinə hesabının sərbəst qalığı dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə yönədiləcək:
- Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;
- Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda);
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına ölkə Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında
qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda).
- Maliyyə Nazirliyi tərəfindən ölkə Prezidenti ilə razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılması.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasət"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb - VİDEO
"Türkiyə ilə Azərbaycan arasında ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirməyə, əlaqələrimizi daha yüksək səviyyələrə çatdırmaq əzmindəyik".
SiyasətVahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"
"Bakı və İrəvan arasında sülh müqaviləsi artıq razılaşdırılıb və Ermənistan tərəfi azərbaycanlı həmkarları ilə birgə onun imzalanması və yekun ratifikasiyası üzərində çalışacaq".
SiyasətKostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub"
"Bakı və İrəvan müzakirələr aparıb, hər iki ölkədən hansı malların ixrac edilə biləcəyi barədə ilkin razılaşmalar əldə olunub".
SiyasətKostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir"
"Ermənistan Azərbaycan və Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisi və enerji resurslarının tədarükü üçün tranzit habı olmaq istəyir".