
Valdas Dambrauskas: "Azərbaycanda olduğu qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm"
"Azərbaycanda olduğu qədər hakimliklə bağlı müzakirələrin aparıldığı ikinci ölkə görməmişəm".
"Azərbaycanda olduğu qədər hakimliklə bağlı müzakirələrin aparıldığı ikinci ölkə görməmişəm".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu sözləri "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra mətbuat konfransında deyib.
Baş məşqçi matçdakı mübahisəli epizodlara münasibət bildirib.
"Hakim qərarlarını şərh etməyi xoşlamıram. Epizodlara baxmışam, bu, hakimlərin işidir. Amma bir məqam var ki, qeyd etmək istəyirəm. İşlədiyim ölkələr arasında hakimliklə bağlı bu qədər danışılan ikinci ölkə görməmişəm. Azərbaycanda hər həftə hakim qərarları müzakirə olunur. Futbolun inkişafını istəyiriksə, hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir".
Dambrauskas finaldakı rəqib "Zirə" barədə danışarkən oyunun çətin keçəcəyini vurğulayıb:
"Final heç vaxt asan olmur. Bu, bir oyundan ibarətdir və hər şey mümkündür. Rəqib kim olur-olsun, biz öz işimizi görməliyik. Məqsədimiz titulu qazanmaqdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Latsio" İtaliya Kubokunun finalında "İnter"ə rəqib oldu
İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Atalanta" öz meydanında "Latsio" ilə qarşılaşıb.
İdman"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəldi
İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində "Börnli" - "Mançester Siti" matçı keçirilib.
İdman"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəldi - VİDEO
İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində "Börnli" - "Mançester Siti" matçı keçirilib.
İdmanAzərbaycanın güləş millisi Avropa çempionu oldu
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.