Son dəqiqə
Birgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİKPaşinyan Azərbaycanla sərhədin növbəti delimitasiyasının anonsunu verdiVaşinqtonda atışma zamanı baş verən gülməli hadisə izləyicilərin marağına səbəb olub - VİDEOSOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTOZubir bu yay "Qarabağ"ı TƏRK EDİR?Günəşdə iki partlayış baş verib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Vüqar Gülməmmədov: "Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib"
Vüqar Gülməmmədov: "Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib"
İqtisadiyyat

Vüqar Gülməmmədov: "Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib"

Bu gün
12:39
0 baxış
Paylaş:

"Bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib".

"Bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib".

Gundem.today xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər strateji baxımdan böyük əhəmiyyətə malikdir:

"Bu istiqamətdə apardığımız auditlər layihələrin icrası davam etdiyi üçün əsas post-audit xarakterli deyildir. Auditlərin nəticəsi üzrə aşkarlanan nöqsanların müvafiq məbləğlərə nisbəti əhəmiyyətli sayılmır. Əsas audit nəticələri kimi qeyd edə bilərik ki, bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib. Belə ki, kommersiya (xüsusilə özəl sektor) subyektlərinin vəsaiti hesabına layihələndirilməsi və maliyyələşdirilməsi nəzərdə tutulan bazar kompleksi, məişət xidməti, market və ticarət binalarının tikintisi üzrə xərclər sosial xarakterli xərclər kimi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib, yaşayış evlərinin və mənzillərin daha səmərəli şəkildə layihələndirilməsi təmin edilməyib.

Eyni zamanda, Qarabağa qayıdış çərçivəsində yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyefin tam diqqətə alınmaması, şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadənin artması ilə yanaşı, əsaslandırılmış zərurət olmadan layihələrdəki qruntun çıxarılması və əks doldurmanın həcminin artması əlavə büdcə vəsaitinə tələbatın yaranmasına səbəb olub".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Qarabağ#Hesablama_Palatası#Audit

Oxşar Xəbərlər

SOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTOİqtisadiyyat

SOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretski ilə görüşüb.

Bu gün
14:000
İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub - FOTOİqtisadiyyat

İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub - FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib.

Bu gün
13:350
Büdcə vəsaitlərinin idarəedilməsi üzrə aşkarlanan nöqsanların sayı AÇIQLANDIİqtisadiyyat

Büdcə vəsaitlərinin idarəedilməsi üzrə aşkarlanan nöqsanların sayı AÇIQLANDI

36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb.

Bu gün
12:340
Dünyanın nəfəsi dar boğazlarda qalıb: Benzin bahalaşacaq? - VİDEOİqtisadiyyat

Dünyanın nəfəsi dar boğazlarda qalıb: Benzin bahalaşacaq? - VİDEO

Körfəzdə ilişib qalan tankerlər, artan neft qiymətləri... ABŞ və İsrailin İranla münaqişəsinin ən açıq nəticələrindən biri budur. Yaxın Şərqdə müharibə səbəbindən Hörmüz boğazı uzun müddətdir bağlıdır. Boğazın ikitərəfli blokadası dünyada enerji böhranı yaradıb.

Bu gün
00:120