
Bakıda dayısını qətlə yetirən şəxsə AĞIR CƏZA
Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənin 19 il azadlıqdan məhrum olunmasının məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm olunub, Rəhim Qasımova 17 il həbs cəzası verilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib.
Belə ki, 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun dayısı Firdovsi Həsənovu öz evində bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə evə daxil olma), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalQalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir?
Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib.
KriminalBinədə doqquz mənzili talayan şəxs ələ keçdi - VİDEO
Xəzər rayonunun Binə qəsəbəsində doqquz mənzildən müxtəlif vaxtlarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
KriminalTale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.
KriminalAtasını öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başladı
Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.