
Ceyhun Bayramov BMT-nin sessiyasına sədrlik etdi, prezidentin müraciətini səsləndirdi - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Banqkokda "Heç kəs kənarda qalmasın: Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı" mövzusunda keçirilən 82-ci sessiyasında qatılıb və iclasa sədrlik edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Banqkokda "Heç kəs kənarda qalmasın: Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı" mövzusunda keçirilən 82-ci sessiyasında qatılıb və iclasa sədrlik edib.
Gundem.today xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" platformasında məlumat yayıb.
Bildirilib ki, sessiyanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yazılı müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.
Məlumatda qeyd olunub:
"Sessiya zamanı Azərbaycan ortaq çağırışların həlli və inkişafın faydalarının cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın təqdim etdiyi əsas siyasət mesajlarını diqqətə çatdıraraq inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional bağlantı, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığına xüsusi diqqət yönəldib.
"Hamını əhatə edən inkişaf" gündəliyi çərçivəsində Azərbaycanın insan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcək vizyonu təqdim olunub.
Sessiya çərçivəsində "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər" sənədinin inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, nəsillərarası bərabər imkanlar kimi əsas istiqamətləri də xatırladılıb.
Bundan əlavə, Avrasiya üzrə əlaqəliliyin gücləndirilməsində Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.
Sessiyanın əsas nəticələrindən biri Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı-Banqkok Bəyannaməsinin qəbul olunması olub. Bu sənəd inklüzivlik və dayanıqlı inkişaf istiqamətində ortaq öhdəliyi əks etdirir və ESCAP-ın inklüziv inkişaf gündəliyi ilə birbaşa uzlaşır.
Sessiyada üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri, beynəlxalq təşkilatlar və BMT tərəfdaşları iştirak edərək regionda inklüziv artım, sosial bərabərlik və dayanıqlı inkişaf məsələləri üzrə dialoqu inkişaf etdiriblər.
Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davam edir və ümumi inkişaf məqsədlərinin dəstəklənməsi üçün Asiya-Sakit Okean regionu ilə əməkdaşlığını daha da dərinləşdirmək niyyətindədir.
Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərinə əsaslanan Azərbaycan insanı mərkəzə qoyan inkişaf modelini təşviq edir, regional əlaqəliliyi gücləndirməyi, rəqəmsal və yaşıl keçidləri sürətləndirməyi, eləcə də sülh və əməkdaşlığı möhkəmləndirməyi hədəfləyir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycandan Ermənistana dizel göndəriləcək
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.
SiyasətPakistanda ABŞ ilə İran arasında danışıqların ikinci raundu reallaşacaq? - VİDEO
ABŞ və İran arasında gərginlik davam edir. Donald Tramp deyir ki, biz ağlabatan razılaşma təklif edirik. İran rəsmiləri isə bildirir ki, Trampın dəniz blokadası davam etdiyi müddətcə hansısa danışıqlardan söhbət gedə bilməz. Bəs Ağ Ev rəhbəri dialoqa niyə bu qədər maraqlıdır?
SiyasətLukaşenko kimlərə hansı siyasi mesajları verdi? - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko "müharibə istəmirik" deyir.
SiyasətABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.