
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra edilir - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir.
Gundem.today xəbər verir ki, IDEA İctimai Birliyi, ADA Universiteti və Sosial Xidmətlər Agentliyinin birgə tərəfdaşlığı ilə icra olunan proqram sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial və emosional bacarıqlarının inkişafına dəstək verir.
Proqramın icrasına ötən aydan etibarən başlanılıb və hazırda uğurla davam etdirilir.
Proqram çərçivəsində 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün həftəlik təlim sessiyaları təşkil olunur. Sessiyalarda 100-dən çox uşaq iştirak edir. Təlimlər zamanı iştirakçıların ünsiyyət, özünüifadə, emosiyaların idarəolunması, komanda işi və qarşılıqlı əməkdaşlıq bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
Proqram çərçivəsində təşkil olunan təlimlər ADA Universitetinin tələbələri tərəfindən həyata keçirilir. Təlim prosesinin effektivliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə universitetin müəllim heyəti tərəfindən iştirakçılara mütəmadi metodiki dəstək göstərilir, sessiyaların məzmunu və yanaşmaları üzrə müvafiq istiqamətləndirmə aparılır.
Təşəbbüsün əsas məqsədi sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial-emosional inkişafını dəstəkləmək, onların özünəinamını gücləndirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və cəmiyyətə daha fəal inteqrasiyasına töhfə verməkdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycandan Ermənistana dizel göndəriləcək
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.
SiyasətPakistanda ABŞ ilə İran arasında danışıqların ikinci raundu reallaşacaq? - VİDEO
ABŞ və İran arasında gərginlik davam edir. Donald Tramp deyir ki, biz ağlabatan razılaşma təklif edirik. İran rəsmiləri isə bildirir ki, Trampın dəniz blokadası davam etdiyi müddətcə hansısa danışıqlardan söhbət gedə bilməz. Bəs Ağ Ev rəhbəri dialoqa niyə bu qədər maraqlıdır?
SiyasətLukaşenko kimlərə hansı siyasi mesajları verdi? - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko "müharibə istəmirik" deyir.
SiyasətABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.