Son dəqiqə
"Sabah" Azərbaycan Kubokunda 50-ci qolu "Qarabağ"a vurubYaxın Şərqdəki gərginliyin Avropaya təsiri böyüyürRusiya qaz qiymətlərini artırsa, Ermənistan iki qurumu tərk edəcək: İrəvandan bəyanatAvropa ABŞ-nin NATO ilə bağlı düşüncələrindən narahatdırİşdən çıxarıldığını deyən Xalq artisti Əvəz Abdullayev: "Oyunu siz başladınız" - FOTOBaş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Yağışlı hava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Yağışlı hava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Cəmiyyət

Yağışlı hava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT

Bu gün
13:32
0 baxış
Paylaş:

"Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək, bölgələrdə isə aprelin 4-ü səhər saatlarından qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması sürücülərd

"Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək, bölgələrdə isə aprelin 4-ü səhər saatlarından qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması sürücülərdən daha yüksək diqqət və məsuliyyət tələb edir".

Gundem.today xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində qeyd olunub.

"BDYPİ bir daha diqqətə çatdırır ki, belə hava şəraitində hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, ara məsafəsi artırılmalı, kəskin manevrlərdən çəkinilməli, nəqliyyat vasitələrinin şüşəsilən və işıqlandırma sistemlərinin saz vəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir.

Eyni zamanda, bildirilib ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Bu səbəbdən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, hərəkətə başlamazdan əvvəl bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığına əmin olmalıdırlar.

BDYPİ hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, belə hava şəraitində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər", - məlumatda bildirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Baş_Dövlət_Yol_Polisi_İdarəsi#BDYPİ#yağışlı_hava#yol_polisi_xəbərdarlıq#yol_hərəkəti_təhlükəsizliyi#sürücülərə_müraciət#piyadalar_üçün_xəbərdarlıq#yol-nəqliyyat_hadisələri#hava_proqnozu#sürüşkən_yollar.

Oxşar Xəbərlər

Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİCəmiyyət

Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib.

Bu gün
15:260
Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində hərəkət niyə iflic olur? - VİDEOCəmiyyət

Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində hərəkət niyə iflic olur? - VİDEO

Bakıda Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yaranan nəqliyyat sıxlığı, yol nişanları və hərəkət zolaqları ilə bağlı problemlərin əsas səbəbləri və həll yolları.

Bu gün
14:560
Azərbaycanlı deputat futbol matçında ağır zədələndiCəmiyyət

Azərbaycanlı deputat futbol matçında ağır zədələndi

Türkiyənin Antalya şəhərində keçirilən Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin finalında Türkiyə çempion, Azərbaycan isə ikinci oldu. Tarixi matçın təfərrüatları və Kamran Bayramovun zədələnməsi barədə ətraflı oxuyun.

Bu gün
14:160
Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıbCəmiyyət

Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb

Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb.

Bu gün
13:380