
"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? VİDEO
Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.
Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.
Növbəti yağıntılar zamanı vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edən bəzi vətəndaşlar çıxış yolunu mənzillərini satmaqda görürlər.
Sakinlərdən biri məsələ ilə bağlı Baku TV-yə danışıb.
"Hazırda bizim küçədə altı-yeddi nəfər yağışsız havada evini satıb getmək üçün fürsət gözləyir. Mən özüm də şəxsən evimi satmaq niyyətindəyəm. Aldığım evin üzərinə üçqat artıq xərc qoyaraq onu bərpa etmişəm, amma çəkdiyim zəhmətə baxmayaraq, burada qalmaq artıq mümkün deyil", - deyə o bildirib.
Bəs torpaq alarkən və ev tikərkən nələrə diqqət etməliyik?
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, hər hansı bir əmlakı almazdan əvvəl onun sənədlərini mütləq şəkildə yoxlamaq lazımdır.
Onun sözlərinə görə, satışa çıxarılan evin çıxarışı varsa və orada torpağın təyinatı "yaşayış məntəqələrinin torpaqları" kimi qeyd olunubsa, bu, həmin ərazinin bütün növ kommunikasiya xətləri ilə təmin edildiyini göstərir: "Belə ərazilərdə güclü yağışlar və ya digər təbii fəlakətlər zamanı evlərin zərər görmə riski minimum hesab olunur".
Mənzil seçimi zamanı infrastruktur və yerləşmə yerinin önəmini vurğulayan ekspert xüsusilə ərazinin relyefinə diqqət çəkib. O qeyd edib ki, kommunikasiya xətləri ilə yanaşı, binanın və ya evin yerləşdiyi relyef mütləq nəzərə alınmalıdır: "Əgər əmlak tamamilə çökək ərazidə yerləşirsə, güclü yağışlar zamanı həmin mənzillərin subasmasına məruz qalma ehtimalı daha böyük ola bilər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEO
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı jurnalist İlhamiyyə Rza olub.
Cəmiyyət"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? - VİDEO
Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətBakıda ilk dəfə çərpələng festivalı keçirildi - VİDEO
Azərbaycanda ilk dəfə böyük miqyasda çərpələng festivalı təşkil olunub. Qeyd edək ki, bu festival iştirakçıların böyük sevincinə və yüksək əhvali-ruhiyyəsinə səbəb olub.