
Yaşayış binalarında tullantılarla bağlı qadağa - "Qaydanı pozan 300 manat cərimələnəcək" - VİDEO
Mənzillərdən çıxan təmir tullantılarını və köhnə əşyaları zibil qutusuna, onun ətrafına atmaq qadağandır.
Mənzillərdən çıxan təmir tullantılarını və köhnə əşyaları zibil qutusuna, onun ətrafına atmaq qadağandır.
Bu qaydanı pozan şəxslər 300 manat məbləğində cərimə ediləcək.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Son günlər bəzi zibilqabılarının üzərində belə xəbərdarlıqlar qoyulub. Sakinlər bu plakatları son zamanlar gördüklərini və həmin qablara yalnız məişət zibillərini atdıqlarını deyirlər.
Bəs bu plakatları əraziyə kim yerləşdirib?
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətləri İdarəsinin baş mühəndisi İlham Qasımov bildirib ki, həmin binalar və zibilqabılar özəl şirkətə məxsusdur. Qaydaları da onlar tərtib ediblər.
Binaların komendant köməkçisi Elxan Hümbətovun sözlərinə görə, qadağan olunan hal aşkarlanarsa, hüquq mühafizə orqanlarına məlumat verilir.
Həmin zibillərin daşınması isə sakinlər tərəfindən yox, binanın öz əməkdaşları tərəfindən həyata keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÜstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında piyadayönümlü şəhər konsepsiyası ətrafında geniş müzakirə aparılıb.
CəmiyyətBakıda məşhur kafe SÖKÜLƏCƏK - VİDEO
Bakının Xətai rayonu, Zığ şosesi, 14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.
CəmiyyətXəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb
Məhkəmələrdə xəstəliyə görə cəzadan azad edilmə ilə bağlı müraciətlərə baxılarkən məhkumun mövqeyi mütləq dəqiqləşdirilməlidir. Bu məqsədlə məhkumun iclasda bilavasitə iştirakı, zərurət yarandıqda isə videokonfrans formatında qoşulması təmin edilməlidir.
Cəmiyyət"Bir neçə dəfə gedib-gələndən sonra avtomobili təmir etdirməli olursan" - Şəmkir sakinləri yararsız yoldan ŞİKAYƏT EDİRLƏR - VİDEO
Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.