
"Bir neçə dəfə gedib-gələndən sonra avtomobili təmir etdirməli olursan" - Şəmkir sakinləri yararsız yoldan ŞİKAYƏT EDİRLƏR - VİDEO
Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.
Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.
Gundem.today Baku TV-yə istinadən xəbər verir ki, xüsusilə Şəmkir rayonunun Çənlibel kəndi ərazisindən keçən hissədə sürücülər ciddi çətinliklərlə üzləşirlər. Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır.
Yoldan mütəmadi istifadə edən sakinlərin sözlərinə görə, çala-çuxurlar və asfalt örtüyünün olmaması hərəkəti təhlükəli edir.
"Yol yoxdur, evə getmək üçün yanında sellofan gəzdirməlisən ki, maşınlar su etməsin", - deyə sakinlərdən biri bildirib.
Digər sakin isə yolun vəziyyətinin Gədəbəy rayon mərkəzinə qədər bərbad olduğunu qeyd edib:
"Bu yolu bir neçə dəfə gedib-gələndən sonra mütləq avtomobili təmir etdirmək lazım gəlir. Yağışlı havada çala-çuxurlar görünmür, maşınlar da məcbur qalıb onların içi ilə hərəkət edir".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Şəmkir-Gədəbəy avtomobil yolunda, o cümlədən Çənlibel kəndindən keçən hissədə mövcud vəziyyət nəzərə alınaraq cari təmir işlərinin aparılması planlaşdırılır.
Qurumun məlumatına görə, hava şəraiti asfalt-beton örtüyünün keyfiyyətli bərpasına imkan verən səviyyədə sabitləşdikdən sonra həmin ərazidə yaranmış qüsurlar aradan qaldırılacaq və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə təmir işlərinə başlanılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSamir Oruc vəzifəsindən AYRILDI
Respublika Diaqnostika Mərkəzinin PR və marketinq şöbəsinin rəhbəri Samir Oruc vəzifəsindən ayrılıb.
CəmiyyətDaşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - VİDEO
Son günlər intensiv yağıntıların qeydə alınması daşınmaz əmlakın sığortalanmasının əhəmiyyətini bir daha gündəmə gətirib. Lakin rəsmi göstəricilər bu sahədə sığortalananların sayının azaldığını ortaya qoyur.
CəmiyyətBulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR - FOTO
Aprelin 12-də Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb. Daha sonra araşdırma aparılıb və əkilmiş gülləri əzənlər polisə çağırılıblar. Həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunub və onlar barəsində məsuliyyət tədbirləri görülüb.
Cəmiyyət"Ömrümdə belə hadisə görməmişdim" - Qubada qarın hündürlüyü üç metri keçib - VİDEO
Son günlər Quba rayonunun ucqar yaşayış məntəqələrində qarlı hava şəraiti müşahidə olunur.