
Yaxın Şərq münaqişəsi qlobal iqtisadiyyatı təhdid edir - Asiyanı fəlakət gözləyir?
ABŞ-İsrailin İrana qarşı başlatdığı müharibə Asiya-Sakit okean regionunun iqtisadiyyatına təqribən 300 milyard dollaradək ziyan vura və milyonlarla insanı yoxsulluq həddinə çatdıra bilər.
ABŞ-İsrailin İrana qarşı başlatdığı müharibə Asiya-Sakit okean regionunun iqtisadiyyatına təqribən 300 milyard dollaradək ziyan vura və milyonlarla insanı yoxsulluq həddinə çatdıra bilər.
Gundem.today xəbər verir ki, bu məlumatı CNN telekanalı BMT-nin İnkişaf Proqramının hesabatına əsaslanaraq yayıb.
Bildirilib ki, nəqliyyat xərclərinin, eləcə də elektrik enerjisi və ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi regionda 97 milyard dollardan 299 milyard dollara qədər istehsalat itkisi yaradacaq. Bu isə regional ÜDM-in 0.3-0.8%-ni təşkil edir. Nəticədə dünya üzrə 32 milyon, o cümlədən Asiya qitəsində 8.8 milyon insan yoxsulluq təhlükəsi ilə üzləşəcək.
Yaxın Şərqdən neft və qazın ən böyük alıcısı olan Asiya tarixdəki ən ciddi enerji böhranlarına qarşı xüsusilə həssasdır. Qiymət artımları və təchizatın faktiki olaraq kəsilməsi ABŞ-nin əsas müttəfiqləri sayılan Cənubi Koreya, Yaponiya və Filippinə ciddi mənfi təsir göstərib, onları öz iqtisadiyyatlarını qorumaq üçün tədbirlər görməyə vadar edib.
Bundan başqa, hesabat müəllifləri qeyd edirlər ki, qlobal istehsalın yarısından çoxu Asiyanın payına düşdüyü üçün bu regional böhranın qlobal miqyas alması qaçılmazdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMaduronun həbsindən sonra ABŞ-dən ilk mühüm iqtisadi qərar: Venesuela üçün yeni dövr başlayır
ABŞ Administrasiyası Venesuela banklarına və hökumətinə qarşı tətbiq olunan birtərəfli sanksiyaları yumşaldıb.
DünyaMaduronun həbsindən sonra ABŞ-dən ilk mühüm iqtisadi QƏRAR: Venesuela üçün yeni DÖVR BAŞLAYIR
ABŞ Administrasiyası Venesuela banklarına və hökumətinə qarşı tətbiq olunan birtərəfli sanksiyaları yumşaldıb.
DünyaSerbiya İsraillə birgə hərbi dron istehsal edəcək
Serbiya öz ərazisində İsraillə birgə hərbi pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.
DünyaBerlin Kiyev üçün büdcə baryerini aşdı: Ukraynada birgə hərbi sənaye dövrü başlayır
"Ukraynanın Almaniya ilə dörd milyard avroluq yeni əməkdaşlıq paketi "Patriot" zenit-raket kompleksləri üçün raketlərin alınmasını, həmçinin dronların birgə istehsalını nəzərdə tutur".